Yanvarın 21-də futbol üzrə və İtaliya çempionatlarında növbəti turların oyunları keçirilib. İtaliya “A” seriyasında lider “Napoli” səfərdə “Salernitana”nı iki cavabsız qolla məğlub edərək liderliyini möhkəmləndirib. Hesabında 50 xal olan Neapol klubu ən yaxın izləyicisi “Milan”ı 12 xal qabaqlayır.
İlk günün digər matçında “Verona” öz meydanında “Leççe”ni eyni hesabla məğlub edib. Günün son oyununda isə “Torino” səfərdə “Fiorentina”dan üstün olub – 1:0.
İspaniya çempionatında isə 18-ci turun ilk günündə 4 oyun baş tutub. “Real Sosyedad” səfərdə “Rayo Valyekano”dan üstün olub – 0:2. Günün digər matçlarında isə meydan sahibləri seviniblər. “Malyorka” “Selta Viqo”nu 1:0, “Espanyol” “Betis”i 1:0, “Atletiko Madrid” isə “Valyadolid”i 3:0 hesabları ilə məğlubiyyətə uğradıblar.
Qeyd edək ki, La Liqada turnir cədvəlinə 41 xalla “Barselona” başçılıq edir. Ondan 3 xal geri qalan “Real Madrid” ikincidir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…