Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub

26 Yanvar 2023 13:20

Xəbər 330 dəfə oxunub

Futbol üzrə Almaniya Bundesliqasında 17-ci tura yekun vurulub. Yanvarın 25-də turun daha 4 oyunu keçirilib.

“Auqsburq” öz meydanında Münxenqladbax “Borussiya”sını 1:0, “Bayer Leverkuzen” isə “Bohum”u 2:0 hesabları ilə məğlubiyyətə uğradıblar. “Frayburq” – “Ayntraxt” matçı 1:1 hesabı ilə başa çatıb. “Verder Bremen” isə öz meydanında “Union Berlin”ə 1:2 hesabı ilə məğlub olub.

Beləliklə, 17 turdan sonra turnir cədvəlinə 36 xalla “Bavariya” başçılıq edir. “Union Berlin” 33 xalla ikinci, “Leypsiq” isə 32 xalla üçüncü pillələrdə qərarlaşıblar.xeber100.com