Azərbaycan Premyer Liqasında XX tura start veriləcək

30 Yanvar 2023 14:30

Xəbər 346 dəfə oxunub

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. ilk oyun günündə bir qarşılaşma keçiriləcək. On iki xalla turnir cədvəlində doqquzuncu pillədə qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da 17 xalla altıncı olan “Turan Tovuz”u qəbul edəcək.

Qeyd edək ki, turun “Qarabağ” – “Şamaxı” və “Səbail” – “Kəpəz” matçları yanvarın 31-də, “Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri isə fevralın 1-də oynanılacaq.xeber100.com