“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb

1 Fevral 2023 09:54

Xəbər 354 dəfə oxunub

“Səbail” klubu Azərbaycan Premyer Liqasının XX turunda qələbə qazanıb. Bakı təmsilçisi “ASCO Arena”da Gəncənin “Kəpəz” klubunu qəbul edib. “Səbail”in minimal hesablı qələbə qazandığı matçda yeganə qolu Franko Mazurek vurub – 1:0. Bu qalibiyyətdən sonra xallarının sayını 13-ə çatdıran “Səbail” klubu turnir cədvəlində doqquzuncu yerə yüksəlib. Əvəzində eyni xala malik Gəncə təmsilçisi sonuncu – onuncu yerə geriləyib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Sumqayıt” evdə “Turan Tovuz”a 2:1, “Qarabağ” isə “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəlib. Tura fevralın 1-də keçiriləcək Qəbələ” – “Sabah” və “Neftçi” – “Zirə” görüşləri ilə yekun vurulacaq.xeber100.com