Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib

15 Fevral 2023 14:54

Xəbər 336 dəfə oxunub

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı dəqiqləşib. Azərbaycan Voleybol Federasiyası xəbər verir ki, fevralın 16-da Yüksək Liqada üçüncü dövrə çərçivəsində iki matç keçiriləcək.

Səkkizinci turun ilk qarşılaşmasında “Abşeron” klubu “Azərreyl”i sınağa çəkəcək. Matç saat 16:00-da başlayacaq. Ardınca saat 18:00-da UNEC – “Murov” oyunu baş tutacaq. Hər iki görüş Voleybol Mərkəzində oynanılacaq.xeber100.com