“Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır

15 Fevral 2023 15:36

Xəbər 449 dəfə oxunub

Bakının “Neftçi” klubu daha bir futbolçusu ilə yollarını ayırmağa hazırlaşır. “Marcouno Esporte” nəşri xəbər verir ki, Gilyerme Pato tezliklə komandanı tərk edəcək. Braziliya KİV-i 22 yaşlı hücumameyilli oyunçunun “Fiqueyrense” klubuna keçəcəyini iddia edib.

Qeyd edək ki, Gilyermo Pato cari mövsüm Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub. Futbolçu 2023-cü ildə heç bir matçda iştirak etməyib.xeber100.com