Batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb

16 Fevral 2023 13:48

Xəbər 314 dəfə oxunub

Kanada milli komandasının fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə dünya kuboku yarışları üçün heyəti açıqlanıb.

Böyüklər arasında təşkil olunacaq yarışda iki kanadalı batutçu – Qabriella Flinn və Bonham Maya medallar uğrunda mübarizə aparacaq.

Turnirdə Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir.xeber100.com