“Antalyaspor” futbol klubu hücumçusu Luis Adriano ilə yollarını ayırıb

23 Fevral 2023 15:14

Xəbər 294 dəfə oxunub

Türkiyənin “Antalyaspor” klubu hücumçusu Luis Adriano ilə yollarını ayırıb.

Braziliya milli komandasının sabiq üzvü ölkəsinə qayıdıb. Otuz beş yaşlı oyunçu yetirməsi olduğu “İnternasional”la anlaşıb. O, yeni klubu ilə 2023-cü ilin sonunadək müqavilə bağlayıb.

2022-ci ilin əvvəlindən “Antalyaspor”da çıxış edən futbolçu 38 oyuna 8 qol vurub.xeber100.com