UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

24 Fevral 2023 14:42

Xəbər 304 dəfə oxunub

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun cütləri bəlli olub. Qitənin ikinci dərəcəli klub turniri olan UEFA Avropa Liqasında mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Yarışda qrup qalibi olan komandalar pley-off mərhələsini keçənlərlə qarşılaşacaq.

Püşkün nəticəsinə görə 1/8 final mərhələsində İstanbulun “Fənərbaxça” komandası “Sevilya” ilə qarşılaşacaq.

Bu raundun ilk görüşləri martın 9-da baş tutacaq. Cavab oyunları bir həftə sonra keçiriləcək.

UEFA Avropa Liqası- 1/8 final

“Union” Berlin (Almaniya) – “Union” (Belçika)

“Sevilya” (İspaniya) – “Fənərbaxça” (Türkiyə)

“Yuventus” (İtaliya) – “Frayburq” (Almaniya)

“Bayer” Leverkuzen (Almaniya) – “Ferentsvaroş” (Macarıstan)

“Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə) – “Betis” (İspaniya)

“Roma” (İtaliya) – “Real Sosyedad” (İspaniya)

“Şaxtyor” Donetsk (Ukrayna) – “Feyenoord” (Niderland).xeber100.com