COVID-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. AYNA vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub. Həmçinin belə yüksək göstərici qanunsuz sərnişindaşıma ilə mübarizə tədbirlərinin səmərəli olması nəticəsində əldə edilib.
Qeyd edək ki, AYNA-nın tapşırığına əsasən, bütün avtovağzal və avtostansiyalar əhalini davamlı və keyfiyyətli şəkildə sərnişindaşıma xidməti ilə təmin etmək üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. BBAK bayram günlərində sərnişin sıxlığını qarşılamaq üçün əlavə nəqliyyat vasitələrini sərnişindaşımaya cəlb edib və bu proses tələbata uyğun şəkildə davam edəcək. Sərnişinlərin əksəriyyəti biletləri onlayn qaydada və qabaqcadan satış kassalarından “Biletim.az” portalından və “biletim” mobil tətbiqindən əldə ediblər. Daha bir üstünlük: rayonlara səfər edən vətəndaşlar artıq 20 istiqamət üzrə geri dönüş biletini də onlayn qaydada “Biletim.az” portalından və tətbiqindən əldə edə bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…