“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) fəaliyyət coğrafiyasının genişləndirilərək Xəzərdən kənar hövzələrdə yükdaşıma potensialının artırılmasına dair Prezident İlham Əliyevin müvafiq tapşırıqlarının icrası istiqamətində daha bir mühüm layihə icra olunub.
QSC-dən bildirilib ki, layihə çərçivəsində SOCAR və ASCO-nun Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla “SA Maritime AFEZCO” Birgə Müəssisəsi yaradılaraq Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçirilib. Birgə müəssisə bazar araşdırmaları nəticəsində ilkin olaraq 2-si üçüncü tərəfə və 1-i SOCAR-a məxsus olmaqla, hər birinin dedveyti (yəni, ümumi yükgötürmə qabiliyyəti) təxminən 115,000 tona malik 3 “Aframax” tipli tankerin alınması üzrə müvafiq işlər aparıb.
“Aframax” tipli tankerləri Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 faiz törəmə müəssisəsi olan “ASCO Ship Management AFEZCO” şirkəti idarə edəcək. Bu şirkət aparıcı beynəlxalq tələblərə uyğun xidmətlər göstərməklə, idarəetməsindəki gəmi sayını artırmağı, üçüncü tərəflərə məxsus digər gəmilərin də idarəetməsini təmin etməyi və fəaliyyətini genişləndirməyi nəzərdə tutur.
Qeyd edək ki, layihə çərçivəsində alınan digər iki “Aframax” tipli tanker – “Qarabağ” və “Zəngəzur” tankerlərinin də Xəzərdən kənarda istifadəyə verilməsi işləri tamamlanmaq üzrədir. Gəmilər yaxın həftələrdə növbəli şəkildə istismara veriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…