“Google” Hindistanda interneti lazer şüası vasitəsilə çatdıracaq. Xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan dünyada ilk dəfə lazer interneti tətbiq edən ölkə olmaq məqsədilə işlərə başlayıb. “Google” holdinqə daxil olan “Alphabet” şirkəti Hindistanın əlaqə operatoru “Bharti Airtel” ilə əməkdaşlığa başlayıb.
Qeyd edək ki, lazer internet fiberoptik kabel olmadan yüksəksürətli və etibarlı internet əlaqəsini təmin edir. Lazer internetin faydaları arasında ərazinin coğrafi mövqeyinin önəmsiz olması, kabel quraşdırma və xidmət xərclərinin azalması və internetin daha çox istifadəçiyə çatdırılması qeyd edilə bilər. Hindistanın lazer internet proqramı ölkənin ictimai və iqtisadi inkişafına töhfə vermək niyyətindədir.
Dünyanın ən sıx məskunlaşdığı, əhali sayı 1,5 milyarda yaxınlaşan Hindistanda internet infrastrukturunun yaradılması böyük problemdir. Texnologiya nəhəngi “Google” isə bu məqsədlə fiberoptik kabellər yerinə güclü lazerlərdən istifadə edir. Bu texnologiya peyk internetinə ucuz alternativ ola bilər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…