Azərbaycan millisi Avropa çempionatının final mərhələsində iştirak edəcək

9 Avqust 2023 13:59

Xəbər 330 dəfə oxunub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi ardıcıl onuncu dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Avqustun 15-dən sentyabrın 3-dək reallaşacaq “Avro-2023”ün oyunlarını “CBC Sport” telekanalı canlı yayımlayacaq.

Qeyd edək ki, komandamız C qrupunda yer alıb. Rəqiblərimiz Almaniya, Çexiya, İsveç, Türkiyə və Yunanıstan yığmalarıdır.xeber100.com