“Sabah” və “Neftçi” futbol klubları ilk oyunlarını keçirəcəklər

10 Avqust 2023 11:09

Xəbər 545 dəfə oxunub

“Sabah” və “Neftçi” klubları avqustun 10-da UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunlarını keçirəcəklər.

“Sabah”-“Partizan” komandalarının qarşılaşması saat 20:00-da “Bank Respublika Arena”da start götürəcək. Matçı gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edəcək.

“Neftçi” komandası isə bu raundun ilk duelində Türkiyə nəhəngi “Beşiktaş”ı sınağa çəkəcək. “Neftçi Arena”da oynanılacaq görüş saat 21:00-da başlayacaq. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.xeber100.com