Oktyabrın 17-dən 21-dək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini birləşdirən “Xəzər İnşaat Həftəsi” keçiriləcək.
“Iteca Caspian” şirkətindən bildirilib ki, sərgi Bakı Ekspo Mərkəzində baş tutacaq.
Bu il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Bu əlamətdar hadisə təqvimdə olan bütün sərgilərin proqramlarında öz əksini tapacaq. Belə ki, Azərbaycanda sərgi fəaliyyətinin formalaşmasında Ümummilli Liderin müstəsna rolu olub. 1994-cü ildən − Azərbaycanda beynəlxalq sərgilərin keçirildiyi ilk gündən Ulu Öndər Heydər Əliyev bu tədbirlərin təşəbbüskarı olmuş və onları dəstəkləmişdir.
“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçiriləcək sərgilərin miqyası bu il daha da genişlənərək, ötən illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir.
Artıq 3-cü il keçiriləcək Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Karabakh” sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti artırmaq, eləcə də Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərgi iştirakçıları arasında həm Azərbaycan, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da, Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaq. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…