Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli dramaturq, şair, filosof Hüseyn Cavidin anım gününə, həmçinin gənc rəssam Fidan Cəfərovanın ədibə ithaf etdiyi “Yarasaların gözünü kor edən” kitabının təqdimatına və sərgisinə həsr olunmuş tədbir keçirilib.
Muzeydən bildiriblər ki, anım günündə Hüseyn Cavid irsi ətrafında söhbət aparılıb, tədqiqatçı alimlər dramaturqun əsərləri və tamaşaya qoyulmuş pyesləri ilə bağlı çıxışlar edib, eyni zamanda, kitabın ərsəyə gəlməsi ilə əlaqədar müəllifin və rəyçilərin fikirləri dinlənilib.
Tədbir çərçivəsində muzeyin fondunda qorunan və Hüseyn Cavid yaradıcılığını əks etdirən eksponatlardan ibarət videoçarx nümayiş olunub, şairin şeirləri səsləndirilib, həmçinin Fidan Cəfərovanın Cavid mövzusunda rəsmləri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dizayn və dekorativ–tətbiqi sənət kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimova, Əməkdar rəssam Vüqar Əliyev, Xalq artisti Məmmədsəfa Qasımov, rəssam Səmədağa Cəfərov və heykəltaraş Kamran Əsədov çıxış edərək gənc rəssamı təbrik ediblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…