Azərbaycan və Türkiyə arasında bu ilin 10 ayında 6,7 milyard dollar dəyərində ticarət əməliyyatları aparılıb. Bu rəqəmi ilin sonunadək 20 faiz artıracağıq. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Bakıda keçirilən “Heydər Əliyev 100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusundakı konfransda deyib. Qardaş ölkənin səfiri bildirib ki, bu ilin sonunadək ölkələrimiz arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olacaq.
C.Bağçı diqqətə çatdırıb ki, Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir: “Bu münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz Azərbaycanla ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır və hazırkı rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir”.
Səfir, həmçinin Türkiyənin neft və təbii qaza olan tələbatının ödənilməsi baxımından qardaş ölkə Azərbaycanın birinci yerə yüksəldiyini və digər tərəfdən Azərbaycanın qərbə enerji ixracında Türkiyənin mühüm körpü olduğunu qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…