Bu gün nəinki Türkiyənin Azərbaycana yatırmış olduğu investisiyalar, o cümlədən Azərbaycanın Türkiyəyə yatırmış olduğu investisiyalar xarici ölkələrə yatırılmış olan investisiyalarla müqayisədə birinci yerdədir. Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara qədər investisiya yatırıb. O cümlədən Azərbaycanın qeyri-neft sektoruna ən çox investisiya yatıran Türkiyə şirkətləridir. Bu sözləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədrinin I müavini Natiq Həsənov bu gün Bakıda keçirilən “Heydər Əliyev-100 – Bir millət, iki dövlətin iş dünyası” mövzusundakı konfransda deyib.
O bildirib ki, infrastruktur və digər sahələrdə olan ən strateji layihələrimiz bu göstəricilərin ortaya çıxmasında baza rolunu oynayıb.
“Bu gün Türkiyə şirkətlərinin Qarabağa investisiya yatırması üçün 111 müraciət var. Bütün bunlar onu deməyə əsas verir ki, önümüzdə müəyyən olunan hədəflər böyük nəticələr əldə etməyə səbəb olacaq. Türkiyə şirkətlərinin sektoral və sahələr olaraq təşkilatda olmaq mədəniyyəti və təcrübəsi kifayət qədər yüksəkdir və biz bu təcrübədən gələcəkdə istifadə edəcəyik”, – deyə N.Həsənov qeyd edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…