Rusiya Federasiyasının Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüşüb. Görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb. İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimiz arasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılan təşəbbüslərin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vurğulayıblar.
Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparılıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…