Aprelin 5-də OPEC üzvlərinin növbəti görüşü keçiriləcək. Bu görüş neft ixrac edən ölkələrin istehsalının azaldığı dövrə təsadüf edir. OPEC-ə üzv olan dövlətlərin neft ixracı kəskin şəkildə azalıb ki, bu da onların ixrac potensialına və gəlirlərinə mənfi təsir göstərib. OPEC üzvü olan Yaxın Şərq ölkələri ilə yanaşı İran və Venesuelanın da neft ixracı azalıb.
OPEC üzvləri fevralda dünya bazarına 28,87 milyon barel neft çıxarıblar. Lakin mart ayında ixracın həcmi 21,57 milyon barelə düşüb ki, bu da dünya bazarında tələb və təklif prinsipini pozub. Tələbin artması təklifin isə azalması qiymətləri artırmağa davam edir. Qazaxıstan, Meksika, Sudan, Nigeriya kimi OPEC+ ölkələri bazardakı tələbatı görüb ixracı artırsalar da tələbi üstələyə bilmirlər. Bu ölkələrin dünya bazarına neft nəqli baha başa gəlməklə yanaşı böyük həcmli hasilatları da yoxdur.
Daha çox ixrac itkisinə məruz qalan Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ və İraq olub. İraq fevralda dünya bazarına 4,15 milyon barel neft çıxardığı halda, martda cəmi 1,4 milyon barel neft ixrac edib ki, bu da onun ixracının 66 faiz azaldığını göstərir.
Razılaşmaya görə, OPEC ölkələri 2026-cı ilin birinci kvartalının sonuna kimi hasilatı artırmayacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…