Oktyabrın 24-dən 27-dək Avstraliyada keçiriləcək “BioFest 2016” tədbirində Azərbaycan şirkətlərinə “Bioindustry” sərgi zalında ödənişsiz ərazi təklif olunur. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Azərtac-a bildiriblər ki, Avstraliyanın 3 mindən çox şirkət və tədqiqat mərkəzini özündə birləşdirən, tibb elmləri sənayesi assosiasiyası olan “AusBiotech” Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən şirkətləri, elm adamlarını, eləcə də digər aidiyyəti qurumları “BioFest 2016″da iştiraka dəvət edir. Tədbirdə iştirak edəcək Azərbaycan şirkətlərinə “Bioindustry” sərgi zalında ödənişsiz ərazi təklif olunur. “IBS 2016” və “AusBiotech” konfranslarının da keçiriləcəyi “Bioindustry” sərgi zalı yüzlərlə şirkəti və müvafiq təşkilatları bir araya gətirəcək. Beynəlxalq “BioFest 2016” tədbirinə “IBS 2016”, XVII Beynəlxalq Biotexnologiya Simpoziumu, “AusBiotech 2016” konfransı, Avstraliyanın “Biotech Invest 2016” İnvestisiya və Əməkdaşlıq zonası və sair daxildir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…