Qızılın qiyməti geosiyasi gərginliklərin və inflyasiya səviyyəsinin artıracağı ilə bağlı narahatlıqlar fonunda son iki həftənin ən yüksək həddini keçib. Hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4114 dollar civarındadır. Əmtəə birjalarında gümüş, platin və palladiumun da qiymətləri bahalaşıb.
Ekspertlərin fikrincə, investorlar ABŞ Federal Ehtiyat Sisteminin gələn həftə keçiriləcək iclasından uçot dərəcəsi ilə bağlı ipuçları gözləyir və Yaxın Şərqdəki münaqişəni yaxından izləyir.
“J.P. Morgan” bankının analitikləri hesab edirlər ki, əsas sektorlardan qızıla tələbat əvvəllər proqnozlaşdırıldığı qədər güclü olmayacaq. Bank cari ilin üçüncü rübündə qızılın qiymətinin 4300 dollar, dördüncü rübdə isə 4500 dollar olacağını proqnozlaşdırır. “J.P. Morgan” mərkəzi bankların alışlarının və fiziki tələbin 2027-ci ildə qızılın qiymətini dəstəkləməyə davam edəcəyini gözləyir.
Qızıl ənənəvi olaraq inflyasiyaya qarşı hedcinq kimi qəbul edilsə də, yüksək faiz dərəcəsi mühitində cəlbediciliyini itirir, çünki heç bir gəlir gətirmir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
“Вниз по течению”…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”