Payızda Bakı Ekspo Mərkəzində 7 beynəlxalq sərgi keçiriləcək. Bu mövsümün bütün sərgiləri öz məzmunlarına görə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunu əks etdirəcək. “Iteca Caspian”dan Azərtac-a bildiriblər ki, payız sərgi təqviminə Azərbaycan beynəlxalq “Səhiyyə” “BIHE”, “Stomatologiya” “Stomatology Azerbaijan”, “Gözəllik və estetik tibb” “Beauty Azerbaijan”, “İnşaat” “BakuBuild”, “İstilik, havalandırma və kondisiyalaşdırma sistemləri” “AquaTherm Baku”, “Mühafizə, təhlükəsizlik və xilasetmə vasitələri” “CIPS Securika”, və İKT “Bakutel” sərgiləri daxildir. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi ilə keçirilir. Beynəlxalq ittifaqlar və ixtisaslaşmış assosiasiyaların dəstəyi ilə bir sıra layihələr həyata keçiriləcək. Sərgilərin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group” şirkəti çıxış edir. Payız sərgi mövsümünü ilk olaraq sentyabrın 19-21-də XXII Azərbaycan beynəlxalq səhiyyə “BIHE 2016”, XI Azərbaycan beynəlxalq stomatologiya “Stomatology Azerbaijan 2016” və X yubiley Azərbaycan beynəlxalq gözəllik və estetik tibb “Beauty Azerbaijan 2016” sərgiləri açacaq. Bunları dünyanın 15 ölkəsindən 100-dən artıq şirkəti bir arada toplayacaq “BIHE 2016” sərgisində görmək mümkündür.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…