Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” Ekspert Qrupu “PayPal” sisteminin pərakəndə satışla məşğul olan şəxslər üçün yeni imkanlar açacaq funksiyasının Azərbaycanda işə salınmasına yönəlik danışıqlara başlayıb. Azərtac ABA-ya istinadla xəbər verir ki, Ekspert Qrupu “Receive Enabled” adlanan funksiyanın Azərbaycanda aktivləşdirilməsi üçün görülməli olan işlərlə bağlı “PayPal” şirkətinin regional rəhbərliyi ilə müzakirə aparıb. “PayPal”ın xarici ölkələrdə fəaliyyət metodları müzakirə edilib və Azərbaycanda bu xidmətin aktivləşdirilməsi üçün görülməli işlər barədə ilkin məlumat əldə edilib. Qeyd edək ki, beynəlxalq alış-veriş saytlarında (ebay, Alibaba, Amazon və s.) ödənişlərin həyata keçirilməsi zamanı təhlükəsizliyinə görə üstünlük verilən sistemlərdən biri “PayPal”dır. Amma bu sistem Azərbaycanda “bir istiqamətli” işləyir. Yəni, sözügedən alış-veriş şəbəkələrində biz yalnız məhsulun aldığımız zaman ödəniş etmək üçün “PayPal”dan istifadə edə bilirik. Başqa sözlə, yerli satıcılar bu alış-veriş saytlarında “PayPal” üzərindən ödəniş qəbul edə bilmirlər. Məsələn, Azərbaycandakı satıcı hər hansı malı internet vasitəsilə satır və xaricdəki müştəri malın dəyərini təhlükəsizlik məqsədilə “PayPal” üzərindən ödəyir. Bu zaman ödəniş satıcının “PayPal” hesabına düşsə də, onu yerli bankdakı hesaba keçirmək və istifadə etmək mümkün olmur.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…