2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı təşkil olunacaq. Çempionata hazırlıq çərçivəsində milli komandamız sentyabrın 4-də səfərdə San Marino yığması ilə qarşılaşacaq. Artıq bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən Bakıda təlim-məşq toplanışı başlayıb. “Sumqayıt” futbol klubunun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, sentyabrın 2-də San Marinoya yola düşəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” futbol klubunun üzvü Kamran Ağayev millinin heyətində yer alıb. Həmçinin 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində millimiz sentyabrın 6-da “Dalğa Arena”da Farer adaları komandası ilə qarşılaşacaq. Bu oyuna hazırlıq məqsədilə avqustun 24-dən etibarən Bakıda təlim-məşq toplanışına başlayacaq Azərbaycan yığmasının da heyəti məlum olub. Heyətdə “Sumqayıt”ın 3 üzvü – Azər Salahlı, Tərlan Əhmədli və Xəyal Nəcəfov da var.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…