Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir

24 Yanvar 2024 11:01

Xəbər 665 dəfə oxunub

Qətərdə təşkil olunan futbol üzrə Asiya Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları davam edir. Ötən gün B və C qruplarında növbəti qarşılaşmalar keçirilib. B qrupunda iki matç baş tutub. Avstraliya və Özbəkistanın üz-üzə gəldiyi oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu nəticədən sonra Avstraliya 7 xalla qrup birincisi, Özbəkistan 5 xalla ikinci olaraq pley-offa adlayıb. Qrupun digər görüşündə Suriya Hindistana minimal hesabla qalib gəlib – 1:0. C qrupunda isə İran millisi Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə üstələyərək maksimum xalla növbəti mərhələyə vəsiqəni təmin edib. Günün son qarşılaşmasında Fələstin yığması Honkonqu 3 cavabsız qolla məğlub edib. Qeyd edək ki, Asiya Kubokuna fevralın 10-da yekun vurulacaq.xeber100.com