Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha iki oyunu keçiriləcək. Günün ilk matçında “Sabah” autsayder “Səbail”i sınağa çəkəcək. “Bank Respublika Arena”da oynanılacaq görüş saat 17:30-da başlayacaq. Matçı Fərid Hacıyev idarə edəcək. Hazırda “Sabah” 36 xalla 5-ci, “Səbail” isə 20 xalla 10-cu pillədə qərarlaşıb. Günün son oyunu isə “Qarabağ” və “Neftçi” komandaları arasında olacaq. Turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Görüşün baş hakimi FIFA referisi Elçin Məsiyev olacaq. “Neftçi” 30 turdan sonra 35 xalla 6-cı sırada yer alıb. 73 xalla turnir cədvəlinə başçılıq edən “Qarabağ” isə bu tur çempionluğu təmin edə bilər. Bunun üçün “köhlən atlar” “Neftçi”yə qalib gəlib, ən yaxın izləyicisi olan “Zirə”nin “Sumqayıt”la matçda xal itirməsini gözləməlidir. Qeyd edək ki, turun açılış oyununda “Araz-Naxçıvan” Bakıda “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib. Tura aprelin 20-də keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…