Azərbaycanlı beynəlxalq dərəcəli hakim Avropa Voleybol Konfederasiyasından təyinat alıb

6 Fevral 2024 14:16

Xəbər 631 dəfə oxunub

Azərbaycanlı beynəlxalq dərəcəli hakim Eldar Əliyev Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

Türkiyə mətbuatı xəbər verir ki, o, kişi voleybolçular arasında Çağırış Kubokunun 1/4 final mərhələsinin cavab oyununu idarə edəcək.

E.Əliyev Türkiyədə “Arkas Spor” və Yunanıstanın “Olimpiakos” komandası arasında keçiriləcək qarşılaşmada ikinci hakim vəzifəsini yerinə yetirəcək. İlk görüşdə qonşu ölkə rəqibinə 3:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, görüş fevralın 7-də Atatürk Voleybol İdman Kompleksində keçiriləcək.xeber100.com