İspaniyanın “Barselona” komandası baş məşqçi Hans-Diter Fliklə müqavilə müddətini uzatmağı planlaşdırır. Xarici mətbuat xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi almaniyalı mütəxəssisin işindən razıdır və onunla gələn ilin yayında başa çatacaq sözləşməni yeniləmək istəyir. “Barselona” 60 yaşlı çalışdırıcının rəhbərliyi altında bu ilin yanvar ayında İspaniya Superkubokunu qazanıb. Komanda hazırda La Liqada turnir cədvəlinə başçılıq edir. İspaniya Kral Kubokunun finalında “Real Madrid”lə qarşılaşacaq kollektiv Çempionlar Liqasının da yarımfinalına yüksəlib. Buradakı rəqib İtaliya “İnter”i olacaq. Qeyd edək ki, Hans-Diter Flik ötən ilin yayından “Barselona”ya rəhbərlik edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…