05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq

Gələn il Gəncədə bir sıra yeni istehsal müəssisələri fəaliyyətə başlayacaq, bəzilərinin isə təməli qoyulacaq. Həmçinin vaxtilə müxtəlif çeşnilər əsasında toxunan süjetsiz və portret xalçaları ilə Sovet İttifaqında, eləcə də digər ölkələrdə geniş şöhrət qazanan xalça fabrikinin fəaliyyətinin bərpası istiqamətində işlərə başlanılacaq.Azərtac xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Süni Mərmər və Qranit İstehsalı” zavodunun təməlqoyma mərasimində məlumat verib.İcra hakimiyyətinin başçısı qeyd edib ki, son illər ölkəmizdə istər kənd təsərrüfatı, istərsə də sənayedə ənənəvi sahələrin inkişaf etdirilməsinə diqqət artırılıb.xeber100.com

Dekabr 27, 2016 1:15

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə…

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bayram şənliyi keçirilib.Azərtac xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan tədbirdə 60-dək fiziki qüsurlu uşaq iştirak edib.xeber100.com

Dekabr 26, 2016 12:08

Bölgələrdə vətəndaşların qəbulu davam edir

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri K.Heydərov dekabrın 26-da Biləsuvarda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.Azərtac xəbər verir ki, nazirliyin müvafiq icra strukturu rəhbərlərinin iştirak etdiyi qəbulda Şirvan şəhər, Biləsuvar, Salyan və Neftçala rayon sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılıb.xeber100.com  

Dekabr 26, 2016 12:04

Dövlət Gömrük Komitəsinin məlumatına görə…

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev dekabrın 29-da saat 11:00-da Siyəzən şəhərində vətəndaşları qəbul edəcək.Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbul zamanı bölgədə yerləşən - Sumqayıt şəhəri, Siyəzən, Abşeron və Xızı rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.xeber100.com

Dekabr 23, 2016 2:14

Vergilər naziri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə kömək göstərirlər.Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Azərtac-a bildiriblər ki, növbəti belə qəbul dekabr ayının 23-də vergilər naziri Fazil Məmmədov tərəfindən Ucarda Ucar, Zərdab, Ağdaş, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşlar üçün keçirilib. Qəbulda Vergi Məcəlləsinə edilmiş son dəyişikliklər, vergilərin hesablanması, ödənilməsi, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əməkhaqqı fondundan ödənilən icbari ödənişlər, vergiödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.xeber100.com  

Dekabr 23, 2016 2:10

Əməkdaşlığa dair xartiya imzalanıb

Gəncə şəhəri ilə Bolqarıstanın Varna şəhəri arasında əməkdaşlığa dair xartiya imzalanıb.Azərtac xəbər verir ki, ölkəmizdə səfərdə olan Varna şəhərinin meri İvan Portnihin rəhbərlik etdiyi nümayəndə heyətinin Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev ilə görüşündə qonaqlara Gəncənin tarixi, müasir infrastrukturu, sənaye potensialı və turizm imkanları barədə ətraflı məlumat verilib.Bildirilib ki, Gəncə 2016-cı ildə Avropanın Gənclər Paytaxtı (AGP) titulunu qazanıb. İl ərzində bu layihə çərçivəsində 250-dən çox yerli və beynəlxalq tədbir, müxtəlif müsabiqələr, seminarlar, konfranslar, təlimlər və sərgilər təşkil olunub. Varna şəhərinin meri İ.Portnih il ərzində AGP adını layiqincə daşıyan və layihəyə yüksək səviyyədə ev sahibliyi edən Gəncə kimi qədim, eyni zamanda, müasir infrastruktura malik şəhərdən bu titulu qəbul etdiklərinə görə sevincli və bir o qədər də məsuliyyətli olduğunu bildirib.Sonda iki şəhər arasında gələcək əməkdaşlığa dair xartiya imzalanıb.xeber100.com

Dekabr 21, 2016 12:32

Anlaşma Memorandumu imzalanıb

Dekabrın 19-da Gəncədə Azərbaycan ilə Fransa regionları və şəhərləri arasında əməkdaşlığa dair I seminar işə başlayıb.Azərtac xəbər verir ki, seminarda Tovuz, Naftalan, Goranboy, Şəmkir, İsmayıllı, Şəki rayon icra hakimiyyətləri başçıları və onların müavinləri, həmçinin Fransa, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Braziliya, Meksika və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.Tədbirdə İqtisadiyyat Nazirliyi ilə Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında regionlararası əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.xeber100.com

Dekabr 20, 2016 12:31

İqtisadiyyat Nazirliyinin məlumatı…

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, layihələrdə ixtisaslaşdırılmış “yaşıl market”in, intensiv bağçılıq, taxılçılıq, cins heyvandarlıq, soya əkini və istixana təsərrüfatlarının yaradılması nəzərdə tutulur.Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.xeber100.com

Dekabr 20, 2016 12:27

Regional seminar keçirilib

Mingəçevir Media Mərkəzində “Media etikası və media hüququ” mövzusunda jurnalistlər üçün regional seminar keçirilib.Azərtac xəbər verir ki, Yayımların Monitorinq Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən seminarda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Oğuz və Göyçaydan olan jurnalistlər iştirak edib.Tədbirdə təlimçi, media eksperti Ələsgər Məmmədli jurnalistlərin informasiya əldə etmək hüququ və ifadə azadlığı, məhdud informasiyalar, diffamasiya, özəl həyat sirləri, ifadə azadlığının qorunma standartları, sosial mediada defomativ ifadələrin məsuliyyəti, etik davranış standartları haqqında ətraflı məlumat verib.Seminar iştirakçıları informasiya əldə etmək hüququ barədə geniş məlumat alıblar. Onlara ekstremal şəraitdə, qəza zamanı, fövqəladə hadisələrdə jurnalistlərin qarşılaşdığı hallar və çətin durumdan çıxış yolları izah olunub.xeber100.com

Dekabr 20, 2016 12:25

Şahmat üzrə dünya çempionatı keçirilib

Lənkəran Şəhər Şahmat Məktəbinin zəka sahibləri Rusiya Federasiyasının Soçi şəhərində keçirilən məktəblilərin dünya çempionatında müvəffəqiyyətlə çıxış ediblər.AZƏRTAC xəbər verir ki, sayca 12-ci dəfə keçirilən və 500-dən artıq şahmatçının iştirak etdiyi çempionatda ölkəmizi təmsil edən 23 şahmatçıdan 5-i lənkəranlı olub.Nəzrin Mirzəzadə, Kənan Əhədzadə, Hacəli Əhədzadə, Nəriman Ağayev və Aydın Əkbərovun yer aldığı heyət çempionatı ümumilikdə bir qızıl və bir gümüş medalla başa vurub.Lənkəranın yeniyetmə şahmatçıları Nəzrin Mirzəzadə və Hacəli Əhədzadə dünya çempionatında ilk beşlikdə yer alıblar.Dünya çempionatında ilk beşliyə düşən Nəzrin Mirzəzadə və Hacəli Əhədzadə 2017-ci ilin may ayında Monteneqroda təşkil ediləcək Avropa çempionatında iştirak etmək hüququ qazanıblar.xeber100.com

Dekabr 18, 2016 3:32
    Page 27 of 46« First«...1020...2526272829...40...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az