05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Maarifləndirici tədbir keçirilib

Qazaxda rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Gənclər narkomaniya və narkobiznesə “yox” deyir!” mövzusunda maarifləndirici tədbir keçirilib.Azərtac xəbər verir ki, Gənclər Mərkəzində keçirilən tədbirdə Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisad Kollecinin tələbələri, şəhər ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.Tədbiri gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev açaraq narkomaniyanın dəhşətli bəla, sağalmaz xəstəlik, narkomaniya xəstəliyinə düçar olmuş hər bir gəncin ilk növbədə cəmiyyətimiz üçün böyük sosial təhlükə və potensial cinayətkar olmasından söz açıb. Qeyd edilib ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar arasında yeniyetmə və gənclərə də təsadüf edilməsi çox böyük təəssüf doğurur.xeber100.com

Dekabr 15, 2016 2:27

Sahibkarlıq fəaliyyətinə başlayanlar üçün treninq keçirilib

Dekabrın 15-də İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, “Üzümçülüyün inkişaf perspektivləri”, “Kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqi” mövzularını əhatə edən treninqdə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", Qazax rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili, üzümçülükdə məhsuldarlığın və səmərəliliyin yüksəldilməsi, innovativ əkin və becərmə texnologiyalarının tətbiqi, bu sahədə beynəlxalq təcrübə və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Bununla yanaşı, apelyasiya şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları barədə ətraflı məlumat verilib.xeber100.com  

Dekabr 15, 2016 2:13

Xeyriyyə tədbiri təşkil olunub

“AzNar” QSC-nin rəhbəri Fərhad Əhmədovun təşəbbüsü və maddi dəstəyi ilə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində S.Vurğun adına Göyçay şəhər internat məktəbində təhsil alan valideyn himayəsindən məhrum olan uşaqlar, aztəminatlı ailələrin övladları və əlil uşaqlar üçün xeyriyyə tədbiri təşkil olunub.xeber100.com  

Dekabr 14, 2016 1:46

Qanvermə aksiyası keçirilib

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən könüllü qanvermə aksiyasında 350 nəfərdən çox insan qan verib.Azərtac xəbər verir ki, talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə keçirilən aksiyada xocavəndli məcburi köçkünlər fəal iştirak ediblər.B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.xeber100.com

Dekabr 14, 2016 1:42

4,5 bal gücündə növbəti zəlzələ baş verib

Dekabrın 13-də İsmayıllıda 4,5 bal gücündə növbəti zəlzələ baş verib.Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 04:33-də Pirquludan 13 kilometr şimal-qərbdə, İsmayıllı rayonu ərazisində qeydə alınıb. Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss olunub.xeber100.com

Dekabr 13, 2016 2:22

“Davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində”…

Gəncədə Turizm və Menecment Universitetini təşkilatçılığı ilə “Azərbaycanda davamlı turizmin təmini yolları: aqroturizm nümunəsində” mövzusunda “dəyirmi masa” keçirilib.ATMU-dan Azərtac-a bildiriblər ki, tədbirin keçirilməsinin məqsədi aqroturizm potensialının mövcud vəziyyətini müzakirə etməkdir.Eyni zamanda tədbirdə davamlı turizmin təmini yollarından biri kimi aqroturizm işinin təşkili və gücləndirilməsi məqsədilə əməli tədbirlərin görülməsinə dair bir sıra maraqlı təkliflər irəli sürülüb.xeber100.com

Dekabr 13, 2016 2:10

Mini futbol turniri keçirilib

İsmayıllı Olimpiya İdman Kompleksində ulu öndərin anım günü münasibətilə orta məktəb komandaları arasında mini futbol üzrə rayon turniri keçirilib.Azərtac xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda 11 komanda iştirak edib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Mollaisaqlı tam orta məktəbin komandası I yeri tutub. II yerə şəhər 1 saylı, III yerə isə şəhər 6 saylı məktəblərin komandaları çıxıb.xeber100.com

Dekabr 10, 2016 2:37

Rabitə və yüksək texnologiyalar naziri vətəndaşları qəbul edib

Bölgələrdə vətəndaşların qəbulu davam edir.Dekabrın 9-da Rabitə və yüksək texnologiyalar naziri R.Quluzadə Neftçalada vətəndaşlarla görüşüb.Azərtac xəbər verir ki,  nazir Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edib.xeber100.com    

Dekabr 9, 2016 3:02

XXII ənənəvi respublika turniri keçirilib

Masallı Olimpiya İdman Kompleksində Masallı güləş məktəbinin yaradıcısı Nadir Ağayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında XXII ənənəvi respublika turniri keçirilib.İki gün davam edən turnirdə respublikanın uşaq-gənclər idman məktəblərini, idman cəmiyyətlərini və idman klublarını təmsil edən 15-dən çox komandanın 250 idmançısı qələbə uğrunda mübarizə aparıb.xeber100.com

Dekabr 7, 2016 1:01

IV Beynəlxalq Festival keçiriləcək

Dekabrın 19-da Gəncədə IV Beynəlxalq Şərab Festivalı keçiriləcək.Bu barədə Azərtac-a Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.Bildirilib ki, festivalda dünyanın şərabçılıq sahəsində qabaqcıl ölkələrindən olan nümayəndələr iştirak edəcək. Həmçinin Azərbaycanda şərab istehsalı ilə məşğul olan bir sıra istehsal müəssisələri də öz məhsulları ilə təmsil olunacaqlar.Festivalda təqdim olunan şərablar beynəlxalq münsiflər tərəfindən dequstasiyadan keçiriləcək və qaliblər mükafatlandırılacaqlar.xeber100.com

Dekabr 7, 2016 12:56
    Page 28 of 46« First«...1020...2627282930...40...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az