Mükafatlandırılma mərasimi keçirilib

Sentyabrın 9-da Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında Azərbaycan Yelkənli İdman Federasiyasının (AYİF) keçirdiyi yelkənli idmanın “Optimist” və “Lazer” sinfi üzrə Federasiya Kuboku qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Azərtac xəbər verir ki, AYİF-in xətti ilə Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq mütəxəssis Burcu Algon Giorgianni tədbirdə çıxış edərək bildirib ki, 2015-ci ildən başlayaraq Azərbaycanda yelkənli idmana marağın artırılması və idmançıların sayının çoxaldılması məqsədilə Yelkənli İdman Federasiyası tərəfindən səmərəli işlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ölkəmizdə “lazer” və “optimist” sinifli qayıqlar üzrə yerli idmançılardan ibarət yığma komandalar formalaşıb. Qısa müddət ərzində beynəlxalq standartlara uyğun qayıqların alınması, müvafiq infrastrukturun yaradılması yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak etmək hüququ qazanmış idmançıların hazırlanması təmin edilib.Tədbir çərçivəsində “Optimist” sinfi üzrə Federasiya Kuboku birinci yerə layiq görülmüş Murad Ağaverdiyə, yarışda ikinci və üçüncü olmuş Murad Hacızadəyə və İsmayıl Kərimova təqdim olunub. “Lazer” sinfində isə Federasiya Kuboku ilə yarışda yüksək nəticə göstərmiş Omar Hatim, ikinci və üçüncü yerin sahibləri Rafiq Orucov və Emin Vəlizadə təltif olunublar.xeber100.com

Sentyabr 9, 2017 5:56

Avropa mədəniyyətinin bir nümunəsi-“İnsan parkı”

1958-ci il… Avropa ağ insanının əyləncəsi üçün Belçikanın paytaxtı Brüsseldə təşkil edilən “insan parkı”  hər zamankı kimi yenə də insan axınının hədəfi olduğu günlərdən biri idi. Mənzərə heyvanların saxlanıldığı və daima kütləvi şəkildə ora gələn insan axınının maraqlı baxışları ilə rastlanan zooparklarla eyni idi. Bir fərq var ki, hər iki səhnənin birində canlı insanın varlığı nümayiş olunur, digərində isə heyvanların.  Bu insanların digərlərindən sadəcə bir fərqi var-qara dərili olması fərqi. XIX əsrdən etibarən fəaliyyət göstərməyə başlayan insan  parkları Avropada ağ insanların əyləncəsi üçün təşkil edilirdi. Daima insan haqqlarından danışaraq dünyaya özünü yüksək insani keyfiyyətlərə malik olaraq tanıdan Avropa ölkələri əslində insanlar arasında belə ayrıseçkilik qoyub, insanları ağ və qaradərili kateqoriyalara bölüb. Afrikadan xüsusi olaraq gətirilib qapalı yerlərdə saxlanılan və xüsusi olaraq təşkil edilən tədbirlərdə Avropanın ağ insanının qarşısına çıxarılan və hərtərəfi dəmir barmaqlıqlarla əhatə olunan bir dünyadan bu qəribə insanlara baxan qara dərilinin o an hansı hisslər keçirdiyini anlamamaq mümkün deyil. Təqdim olunan şəkillərdə heyvani münasibətlər üzərində qurulan bu mənzərə sadəcə mədəniyyətdən çox-çox uzaq avropalının hazırda dünyaya mədəniyyət dərsi verməsi bir qədər təəccüblü görünür. Bu mənzərə eramızdan əvvəl 74-cü ildə Spartak isimli qladiatorun başçılığı ilə baş verən Qullar üsyanını  da yada salır. Dəmir barmaqlıqlar arasında saxlanılan, sadəcə varlı təbəqənin əyləncəsi üçün istifadə olunan, əslində əşya kimi istifadə olunan qullar…Bildiyimiz kimi Qədim Romada varlı təbəqənin ən sevimli əyləncələrindən biri də qulların(əlbəttə ki, söhbət qladiator səviyyəsində olan qullardan gedir)döyüşünü izləmək olub. Qeyd edək qladiatorlar böyük  arenalarda vəhşi heyvanlarla, eyni zamanda öz aralarında ölüm-dirim döyüşünə çıxırdılar. Bunu heç də könüllü etmirdilər, əksinə bu döyüşlərə məcbur edilirdilər. Prinsip etibarilə müxtəlif əsrlərdə baş verən bu oxşar hadisələr-yəni heyvani münasibətə məcbur edilən qara dərililərlə qullar arasında elə də böyük bir fərq olmayıb. Sadəcə olaraq qullar döyüş gücünə malik olduqlarına görə qəfəslər içində saxlanılan qara dərililərdən seçilirdilər. Ancaq nə olur olsun hər iki tərəf cansız əşya kimi istifadə olunurdu.   18 milyon avropalının əyləncəsi və ya insanlığa insanlıqdan kənar münasibət…   Afrika və Asiya aborigenlərinə qəfəsdə tamaşa etmək avropalı üçün bir başqa əyləncə idi… 1889-cu il…Fransanın paytaxtı Parisdə “insan zooparkı” açılır və uzun illər məşhur əyləncə yerləri kimi fəaliyyət göstərir, hətta bir çox Avropa ölkələrində fəaliyyətlərini daha da genişləndirirlər. Araştırmalara əsasən belə məlum olur ki, 18 milyon avropalı bu məkanlara daima əyləncə üçün axın edib. Görəsən 18 milyonun içində heç olmasa bir nəfər olsa belə insanlığın bu qədər alçaldığına qarşı çlxmağa heç olmasa cəhd edibmi? Güman edirəm ki, bu suala yazı əsnasında cavab tapa biləcəyik. Xatırladaq ki, sadəcə Fransa deyil, eyni zamanda Belçika, Hollandiya, İspaniya, Macarıstan, Almaniya, İsveç, İtaliya və ABŞ-da da Afrikadan gətirilən qara dərililər qəfəslərdə saxlanılaraq əyləncə üçün istifadə olunublar. Bu proses 1870-ci illərdən 1960-cı illərə qədər  davam edib. Afrikadan gətirilən minlərlə qadın, kişi və uşaq adlarını çəkdiyimiz ölkələrə gəmilərlə daşınırdı. Hətta bu insanlar, kobud da çıxsa,  nadir heyvanlar kimi seçilərək qəfəsə salınırdı, əksər vaxtlarda isə heyvanlarla bir qəfəsə salınırdılar. Ən acınacaqlısı isə o idi ki, bu insanlar qəfəslərdə bir qarnı ac, bir qarnı tox yaşayırdılar.  Sərgi xarakteri daşıyan bu dəmir barmaqlıqların ətrafında yerləşdirilən lövhələrdə yazılırdı ki, “Xahiş edirik, yemək verməyin, daha əvvəl yeyiblər”. Bu da bir daha sübut edirdi ki, əyləncəyə gələnlərin əksəriyyəti necə ki, heyvanlara yemək gətirirmişlər, eləcə də rəngi dəyişik, onların təbirincə desək, bu əcayib insanlara da yemək verirmişlər. Yaxşı qidalanmayan bu insanların həyat tərzi o qədər acınacaqlı olub ki, nəticədə bəziləri bu münasibətə, bu dözülməz həyat şəraitinə və ən önəmlisi azadlıqdan məhrum olaraq yaşamağa dözmür, intihar edir, bəziləri isə elə əcəliylə dünyasını dəyişirdi. Sonrakı şəraitdə bu insanların necə dəfn olunmasından isə danışmağən mənası yoxdur. Çünki canlı insana heyvani münasibət olan yerdə, onun ölüsünə necə münasibət ola bilər, bu açıq şəkildə ortadadır. Qəribə burasındadır ki, ölənlər də əyləncə üçün nümayiş olunub. İnsanlığa insanlıqdan kənar münasibət… O dövrdə yaşayan və bu kimi hadisənin birbaşa iştirakçısı olan bir qrup alim baxın görün nə yazırdı: “Həftələrdir ki, bunların üzərində işləyirik. Bunların ağlı həddindən artıq azdır. Həddindən artıq təcavüzkar insanlardır və heç bir hissləri yoxdur. İnsana ən yaxın vəhşi nümunə də hesab oluna bilərlər”. Hətta alimlər Afrika insanını, onun həyat tərzini meymunlarla müqayisə etmişdi və əlbəttə ki, Avropa insanının bu “meymunlara” baxaraq əylənməsini təbii hal hesab etmişdi. Bu da öz dövrünün alimləri…   Avropanın ən dəhşətli sirri   İllərlə açıq aydın şəkildə insanlığı təhqir edən Avropanın bu münasibəti nə dərəcədə başqa ölkələrdən saxlanaılıb, onu demək çətin olsa da, sadəcə bir həqiqət var ki, bu dünyada  edilən hər hansı bir haqsızlıq cavabsız qalmadığı kimi, sirr olaraq da qala bilməz. Fransa daima dünya ölkələri sırasında mədəniyyətin beşiyi olaraq tanınıb. 1931-ci il…Paris. Eyfel qülləsinin yaxınlığında təqdim olunan insan sərgisini 34 milyon nəfər ziyarət edir. O ərəfələrdə Avropa iqtisadi böhran yaşayırdı və qüdrətli Sovetlər Birliyində qıtlıq hökm sürürdü. Deyəsən elə Avropanın irqçilik yüksəliş dövrünü yaşadığı dövr məhz həmin dövr olub.  Dəmir barmaqlıqların təqdimatında “Fransanın mədəniyyət missiyasını həyata keçirərkən nələrlə məşğul olduğunu kəşf edin” yazılırdı. Əslində yaxın keçmişdə Fransada baş verən bu hadisənin nə dərəcədə mədəniyyətə sığan bir nümunə olduğu illər sonra ortaya çıxacaqdı. Ola bilsin ki, Fransa üçün bu çarəsiz insanaları dəmir barmaqlıqlar arasında saxlamaq elə mədəniyyət demək idi. Çox təəsslər olsun ki, zamanla Fransa haqqında olan düşüncələrimiz məhv olmağa başladı. Bəlkə də ona görə ki, hazırda Fransanı daha yaxından tanıyırıq. Zənnimcə Qarabağ hadisəsi bizlərə bir ölkə olaraq imkan yaratdı ki, dünya ölkələrini yaxından tanıyaq.   Avropalıya görə, heyvanlardan heç bir fərqi olmayan insanlar   Avropalıya görə heyvanlardan heç bir fərqi olmayan Afrika insanının ağ dərili üçün əyləncə olması adi bir hal kimi qarşılanırdı. Onların meyminlarla olan oxşarlığı eybəcər şəkildə sübut etməyə çalışaraq qucaqlarında meymunlarla ağ dərilini əyləndirməyə məcbur edirdilər. Hətta müxtəlif formalarda şəkilləri çəkilirdi. Yazı prosesində təqdim olunan bu şəkillər əslində Avropa insanının əylənərək çəkdiyi şəkil olsa da illər sonra bir sübut rolunu oynayıb. Çünki məhz bu şəkilləri yayanlar Avropanı bununla məsuliyyətə cəlb etməyə səsləyir. Mənbələrdən belə məlum olur ki, insan sərgiləri bəzən saysız izləyicinin diqqətində dayanıb. Bu kimi sərgilərə digər ölkələri də cəlb etmək üçün dəvətnamələr, hətta pulsuz biletlər göndərilirmiş. Hər dəfə böyük maraqla qarşılanan sərgilər getdikcə daha da genişlənir və onlara görə daha əyləncəli hazırlanırmış. Belə deyilir ki, ilk insan sərgisi 1835-ci ildə məhşur şoumen, sirk sahibi Phineas Taylor Barnum tərəfindən açılıb. Və ilk addım uğurlu olduğu üçün az bir müddət sonra belə sərgilər davamlı xarakter alıb. 1870-ci ildə bu maraq dairəsi daha da genişləndi, 1874-cü ildə isə yeni-yeni parklar salındı ki, bunların da hər biri Afrika insanlarını nümayiş etdirirdi. Belə sərgilərə böyük maraq göstərənlərdən, hətta bilavasitə açılışna böyük maraq göstərənlərdən biri də Carl Hagenbeck adlı bir şəxsin adı xüsuilə çəkilir. Bu şəxs Almanyada bu kimi əyləncələr hazırlayıb. 1876-cı ildə məşğul olduğu bu əyləncəli işi daha da genişlətmək fikrinə düşən Carl Hagenbeck növbəti sərgilərdə dəyişikliklər etmək, əyləncəyə daha çox rəngarənglik  qətmaq üçün Afrikadan müxtəlif heyvanlar gətirtdirərək bu insanlarla eyni vaxtda əyləncəyə gələnlərə təqdim edib. Deyilənlərər görə, bu dəyişik sərgi o qədər maraqla qarşılanıb ki, nəticədə də az bir vaxtda Berlin, London, Paris kimi şəhərlərdə də nümayiş olunub. Həmin ərəfədə Fransanın ən qədim, qanuni şəkildə qorunan Le Jardin dAcclimatation parkı iqtisadi durumun aşağı olmasına görə tamamilə diqqətdən kənarda qalmışdı, demək olar ki, şəhər əhalisinin unutduğu, heç bir maraq kəsb etməyn məkanına çevrilmişdi. Bir sözlə, mövcud durumu aradan qaldırmaq üçün yeni bir əyləncə ortamına ehtiyac var idi. İnsan ve hayvan tacirliyiylə tanınmış Hagenbeck rəhbərliyi ilə  1877-ci ildə etnografik bir sərgi həyata keçirildi. Həmin sərgidə heyvanlarla qara dərilinin tamaşası hazırlanmışdı. Bu bir faicə idi, ancaq əyləncəyə gələnlər üçün komediyadan başqa bir şey deyildi. 34 fərqli xalqlardan ibarət insan qrupu dəmir barmaqlırlar arasından nümayiş olunurdu. Le Jardin dAcclimatationndaki bu sərgi, 1877-ci ildən 1931-ci ilə qədər fəaliyyət göstərib. 54 yıl qara dərili heyvan rolunu oynamağa məcbur edilib.   New York Times yazırdı… Dünya sərgisindən söhbət açılırsa, demək olar ki, bir sərgidə nümayiş olunan hər hansı bir nümunə artıq dünya sərgilərinin də diqqətindədir. 1889-cu ildə Parisdə açılan sərgi bu baxımdan bütün dünyanın diqqətində dayanıb. Həmin sərgidə Afrikanı insanı öz həyat tərzini əks etdirən bir nümunə ilə təqdim olunurdu. 28 milyon nəfərin iştirak etdiyi sərgi o qədər böyük maraq doğurub ki, sonrakı illərdə bu proses davam edib və hər dəfə bir rəngarənglik qatılıb. Qeyd etdiyimiz kimi bəhs olunan dövrün alimləri Afrika insanını heyvanlarla müqayisə edərək onların ağlı olduğuna şübhə ilə yanaşıb. O mənada ki, bu insanların heç biri yaşadığı həyata qarşı çıxmırdı, düşdüyü vəziyyətlə barışırdı. Ancaq bu alimlərin qondarma fikirlərindən başqa bir şey deyildi. Əksinə mövcud vəziyyətə qarşı çıxanlar olub. Sadəcə dəmir barmaqlıq arasında qalan deyil, tamaşçı qismin də baxanlar da bu kimi duruma etiraz səsini yüqksəldib ki, nəticədə də belə sərgilər bağlanılıb. Bir qədər əvvələ qayıdaq. 1900-cü ilin əvvəllərində Bronx insan parkında Ota Benga adlı bir qadın nümayiş olunurdu, hətta şəkillərdən birində onun qucaqladığı meymunla görürük. Ota Benga heyvanlarla bir qəfəsdə saxlanılıb, əksər vaxtlar meymunları qucağında saxlayaraq tamaşaçıların qarşısına çıxmağa vadar edilib. Daima böyük izdihamın diqqətini çəkən bu qadın meymunları qucağında saxlamaqdan başqa eyni zamanda səbət hörməklə də məşğul olub, hətta ox atmaqda məhşur olub.  Benganın durumu çox acınacaqlı olduğu üçün park işçilərinin də diqqətini çəkmiş nəticədə qarşıdurma yaranmışdı. İnsan parkında çalışan qara dərililər Benganın belə bir həyat tərzini layiq olmadığınl deyirdilər. New York Times yazırdı ki, çalışanların bəziləri bu qadının meymunlarla bir qəfəsdə saxlanmasını qəbul etmirdi. Həmin ərəfədə Londonda zəncirə vurulmuş insanların nümayişi böyük etiraza səbəb olub ki, nəticədə də həmin sərgi də bağlanılıb. Qeyd edək ki, tədricən başlayan bu etiraz getdikcə daha da alovlanmağa başlayır. Və nəhayət İkinci Dünya Müharibəsindən sonra insan parkı qavramı tədricən aradan qalxmağa başlayır. Ən maraqlısı isə odur ki, tarixə ən qəddar bir lider kimi adını yazan  Adolf Hitler insanlığa olan bu alçaldıcı münasibətə qarşı çıxanlardan biri olub. Ən son nümayiş olunan insan parkı 1958-ci ilə təsadüf edir, bu Belçiklada baş verib. İnsanlığa olan bu heyvani münasibət çox təəssfülər olsun ki, yaxın keşçmişdə Avropada baş vermiş kədərli hekayələrdən biridir. İkinci Dünya Müharibəsindən sonra Avropada insan haqqları inkişaf mərhələsinə qədəm qoydu və belə bir məqamda yaxın keçmişdə yaşanan bu utancverici hadisə xatırlanır. 2011-2012-ci illərdə Parisdəki  Quai Branly Müzesi tarafından açılan Exhibitions: L’invention du sauvage (Vəhşinin İcadı Sərgisi)də avropalının insanlıq arasında qoyduğu bu ayrıseçkilik sorğu sual edilib. Yəqin ki, bu sorğu-sual hələ  uzun illər davam edəcək. xeber100.com Xədicə QİYAS Yazı prosesində  Ece Zermanın, “Vahşinin İcadı,  İnsan bahçeleri”, Elif Erdoğanın, “Sınırsız Zulüm”, Enis Baturun, “Avrupalının İnsanat Bahçesi” adlı məqalələrinə istinad olunub.

Aprel 11, 2016 3:19

1 Aprel – “Hiylə günü”…

1 Aprel gülüş bayramı olaraq artıq tarixin yaddaşına həkk olunub. Məhz o gün insanlar arasında əhval-ruhiyyə xarakteri daşıyan zarafatlar, gülüş doğuran lətifələr, bir sözlə, yüksək əhval-ruhiyyə hər kəsə sirayət edir. Xatırladaq ki, hazırda dünya əhalisinin 70 faizi, xüsusilə Avropada və bir sıra Asiya ölkələrində yaşayanlar 1 apreli gününü gülüş günü olaraq qeyd edir ki, nəticədə də o gün hamının əhalı yüksək olur. Ancaq söhbət dünya əhaalisnin 70 faizindən gedir, dünyanın 30 faiz insanları üçün o gün heç bir şey ifadə etmir. Məsələn, Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. Qeyd edək ki, zarafat günü olan 1 apreldə bir çox hadisələr baş verib ki, onların hər biri də artıq tarixin yaddaşına həkk olunub. Məsələn,  1 aprel Xristiyan ölkələrində günü İsanın dirilməsi günü kimi və yaxud şagirdləri tərəfindən çarmıxdan qaçırılması günü olaraq qeyd olunur. Bundan başqa, 1 aprel 1778-ci ildə amerikalı biznesmen Oliver Pollok $ (dollar) işarəsini düşünüb tapmışdır. Bir çox mühazirələrinə əsasən, 1778-ci il 1 aprel tarixində Nyu-Orleandan (Luiziana Ştatı. ABŞ) olan bir plantasiya sahibi və taciri ilk dəfə öz mühasibat kitabında bu işarədən istifadə edib. 1 aprel 1875-ci ildə ingilis qəzeti "Tayms" dünyada ilk dəfə həftəlik hava proqnozu çap etməyə başlayıb. 1 aprel 1979-cu uldə İran İslam  Respublıkası yaranıb. 1 aprel 2004-cü ildə "Gmail" və "Google" poçtları açılıb. 1 apreldə doğulan məhşurlar-Nikolay Vasilyeviç Qoqol(rus yazarı),Otto fon Bismark(alman dövlət xadimi), Edmon Roston(fransız şair və dramaturqu )Serqey Vasilyeviç Raxmaninov(rus bəstəkarı)  və b. 1 apreldə dünyasını dəyişənlər-Anton Semyonoviç Makarenko(rus pedaqoqu), Lev Nikolayeviç Landau(fizik,Nobel mükafatı laureatı,1908-ci ioldə Bakıda doğulub.Doğulduğu evin divarında barelyefi var-Səməd Vurqun  küçəsi ilə Nizami küçəsinin kəsişdiyi binada), Aqniya Barto(rus uşaq yazarı) və b. Göründüyü kimi 1 aprel sadəcə zarafat günü kimi yadda qalmayıb, eyni zamanda həmin gün dünyada baş verən bir çox hadisələrlə zəngindir. Onu da qeyd edək ki, 1 aprelin əlamətləri də olmamış deyil. Məsələn, deyirlər ki, 1 apreldə hava şəraiti necədirsə, 1 oktyabrda da elə keçər. Bəhs etdiyimiz gün suyun axarı güclü olarsa yaşıllıq bol, sakit olarsa zəif olar. 1aprel evdə Halların bayramı-oyanan günü sayılır-ona görə insanlar bir-birini aldadır ki, Halları çaşdırsınlar. Deyilənlərə görə, 1 aprel günü qızlar nə qədər çox oğlan aldatsalar, o zaman  oğlanlar tərəfindən heç bir zaman aldanmazlar. Bir sözlə, zarafat günü kimi qeyd olunan 1 aprelin əlamətləri, yadda qalan hadisləri çoxdur. Yeri gəlmişkən, 1 aprel sadəcə Gülüş günü olaraq qeyd olunmur, eyni zamanda ,Beynəlxalq Quşlar Günü kimi də yadda qalır. , Qeyd edək ki, 1 aprel artıq 2012-ci ildən Rusiyada "Gülüş günü" kimi qeyd olunsa da,  ABŞ-da "Axmaqlar günü" olaraq qeyd olunur. Əlbəttə ki, bütün bunların müxtəlif səbəbləri var, yəni hər ölkədə baş verən hadislərlə əlaqədar olaraq 1 aprel hansı mahiyyət daşıdığı fərqli ola bilər. Təsəvvür edin ki, bir vaxtlar Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı və həmin gün insanlar bir-birlərini xüsusi olaraq təbrik edər, hədiyyə olaraq isə təzə balıq göndərərdilər. Ancaq sonralar bu adət dəyişdi. XVI əsrin ikinci yarısına qədər Avropada yeni il həftəsi müddətində, yəni 25 martdan 1 aprelə qədər insanlar ürəkdən sevinirdilər. Bir – birlərinə qonaq gedirdilər, hədiyyələr bağışlayırdılar. 1 aprel Yeni ilin qədəm qoyduğu gün hesab olunurdu. 1582 – ci ildə Qriqor təqvimi Yulianla dəyişdirilib, nəticədə 1 aprel 1 yanvarla əvəz edilib. Bütün bunlara baxmayaraq əksər fransızlar Yeni ili 1 apreldə qeyd etməyə davam edirdi. 1 apreldə keçirilən yeni ili unutmaq üçün bu ənənəni dəyişdirməyə məcbur oldular, məhz bu səbəbdən bayramı keçirənləri “1 aprel axmaqları” adlandırdılar. 1564-cü ildə Fransa kralı IX Çarles il başlanğıcının yanvar ayinin birinci günü olması barədə qərar verdi. O zamankı rabitə şərtlərində IX Çarlesin bu qərarı ölkədə çox da yayılmadı. Məsələdən xəbərdar olanlar isə protest məqsədilə köhnə adətlərinə davam etdilər. 1 apreldə şənliklər keçirtdilər. Digərləri isə onları aprel axmaqları kimi qəbul etdilər. 1 aprelə bütün axmaqların günü adını verdilər. Bu gündə mühafizəkarlara sürpriz hədiyyələr verdilər, təşkil olunmamış qonaqlıqlara dəvət etdilər, gerçək olmayan xəbərlər yaydılar. Fransızlar uzun illər sonra yanvarın ilin ilk ayı olmasına öyrəşdilər və 1 aprel gününü mədəniyyətlərinin bir parçası kimi görərək davam etdirdilər. Sonralar Fransada 1 apreli ilin başlanğıcı olaraq qəbul edənlərə “aprel balığı” adı verilir, həmin gün "axmaqlar günü" adlandırılır. Fransadan sonra bu ənənə tezliklə digər ölkələrə keçib. Bu ənənəyə Fransadan sonra 18-ci əsrdə İngiltərə və İsveçdə müşahidə olunub. 1 aprel və ya “aprel balığı” Hollandiya, Belçika, Kanada, ABŞ, İsveçrə, Yaponiya da daxil dünyanın bir çox  ölkələrində qeyd olunur. Maraqlı məqamlardan biri də odur ki, qədim zamanlarda dünya ölkələrinin əksəriyyətində ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi. Əslində 1 Aprelin gülüş günü kimi qeyd olunması haqqında bir sıra fərziyyələr mövcuddur. Bu fərziyyələrdən biri də odur ki, bir çox ölkələrdə 1 aprel yazın gəlişini ifadə etdiyi üçün məhz o gün bahar bayramının ilk günü olaraq qeyd olunurdu. Bahar bayramı gözəlliyi, təravəti özündə əks etdirdiyi kimi, eyni zamanda da əyləncə, zarafat, deyib-gülmək xarakteri də daşıyırdı. Xüsusilə bayramın atributlarından olan zarafatlar, əyləncələr və hazırlıqlar həmin gün əvəzedilməz rol oynayırdı. Onu da qeyd edək ki, bir çoxları bu bayramı Qədim Roma tarixi ilə bağlayır. Məsələn, bir vaxtlar 17 fevral “Səfehlər bayramı” kimi keçirilirdi. Bəzi tədqiqatçıların fikrinə görə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Belə ki, Hindistanda  31 mart günü  “Gülüş günü” kimi keçirilirdi. Ümumiyyətlə götürdükdə isə gülüş gününün geniş səviyyədə yayılması XVIII əsrdə baş verdi. Artıq uzuzn illərdir ki, bütün dünya ölkələrində məhz 1 aprel günündə öz dostlarına gülən insanlara rast gəlmək olar. 1 aprel günü baş verən qəmli hadisələrdən biri də məhz həmin gün müsəlmanların aldadılaraq qətl olunmasıdır. Tarixi fakta nəzər salaq. XV əsrin sonlarında, Xaçlı ordusu Ortadoğu torpaqlarında yaşayan müsəlmanlara qarşı savaşırkən bəzi hiylələrə əl atmışlar. Döyüş zamanı müsəlmanların son sığındığı qalanı ələ keçirmək o qədər də asan deyilmiş. Hava soyuq, qala qorunur, xristiyan qüvvə vəziyyətin çətinliyini və belə davam edərsə ordunun soyuğa tab gətirməyəcəyini düşünərək yeni bir bir taktikaya əl atırlar. Ordu başçısı 31 Mart gecəsində bir əlində müqəddəs Quran, digər əlində müqəddsə İncili tutaraq qalanın qarşısına gəlib və and içib ki, əgər qalada olan müsəlmanlar təslim olarsa o gün onlara heç bir pislik edilə bilməz. Qlsa danışıqdan sonra müsəlmanlar verilən vədə inanır və qalanı təslim edirlər. Söhbət müqəddəs kitablar üzərinə verilən anddan gedirsə orda inam güclü olar. Həmin günün səhəri, yəni 1 aprel günü Xaçlı ordusunun sərkərdəsi bütün müsəlmanların öldürülməsi əmrini verir. Bunu eşidən müsəlmanlar “axı siz müqəddəs kitablara and içdiniz” deyə etiraz etmək istəsələr də sərkərdə “mən dünən üçün and içmişdim, bu gün üçün sizə bir sözüm yoxdur” deyərək qəddarca əmrin icra olunmasını tapşırır. Məhz o gündən sonra 1 aprel günü xristiyanlar arasında “Hiylə günü” olaraq qeyd olunur. Bir sözlə, 1 aprelin yaranması ilə bağlı fərziyyələr çox olsa da bütün dünya yenə də sadəcə bir fərziyyəyə sadiq qalır-məhz 1 apreldə gülüş günü olaraq hamı əylənir, bayram əhval-ruhiyyəsində bir birləri ilə zarafat edirlər və heç kim də bundan incimir. SON SÖZ ƏVƏZİ: YAZI TARİXİ FAKTLAR ƏSASINDA HAZIRLANIB.

Aprel 1, 2016 12:58

Əsrin kəşfi

Elmdə çoxdan gözlənilən bir hadisə baş verib: qravitasiya dalğaları aşkarlanıb! Qaynarinfo xəbər verir ki, bu haqda dünən Vaşinqtonda keçirilən mətbuat konfransında məlumat verilib. Emi kəşfin müəllifi müxtəlif ölkələrdən alimlərin bir araya gəldiyi LIGO qrupudur. Hazırda kollektivə Valeri Mitrofanov başçılıq edir. Albert Eynşteynin 1916-cı ildə irəli sürdüyü Nisbilik Nəzəriyyəsinə görə, qravitasiya dalğaları zaman-məkan toxumasında titrəyişlər şəklində özünü göstərməli idi. Kainatda kataklizmlər baş verəndə - məsələn, yeni ulduzlar partlayanda, “qara dəlik”lər peyda olanda qravitasiya dalğaları da, nəzəriyyəyə görə, daha intensivləşməlidir. Amma indiyə qədər – 100 il ərzində bu dalğaları qeydə almaq mümkün olmamışdı. Qravitasiya dalğalarını tutmaq üçün qravitasiya rəsədxanalarından istifadə olunurdu. Onların da ən böyüyü LIGO-dur: Laser Interferometer Gravitational-Wave Observatory. Bu rəsədxana iki qurğudan ibarətdir: biri Luiziana ştatının Livinqston şəhərində, digəri 3000 km. Aralıda, Vaşinqton ştatının Hanford şəhərində yerləşir. Qravitasiya dalğalarını tutmaq üçün lazer şüaları iki uzun borunun daxilində bir-birilə perpendikulyar şəkildə kəsişdirilir. Sonra güzgülərin köməyilə iki şüa üst-üstə gətirilir. Əgər bu zaman qravitasiya dalğası gəlsə, o, məkanı bir istiqamətdə “sıxacaq”, ona perpendikulyar olan digər istiqamətdə isə əksinə, genişləndirəcək (sanki “dartacaq”). Və bu, özünü şüaların üst-üstə düşməsində (interferensiyasında) büruzə verəcək. 2002-2010-cu illərdə aparılan təcrübələr qravitasiya dalğalarını aşkarlaya bilməmişdi. Rəsədxana modernizasıya olunandan sonra “Advanced LIGO” adlanmağa başladı, indi oradakı lazer interferometrləri daha həssas olmuşdu. Və bu da nəticə verdi. Mətbuat konfransında alimlər elan etdilər ki, iki qara dəliyin birləşməsi nəticəsində yaranan qravitasiya dalğalarını qeydə ala biliblər. O qara dəliklərin kütləsi Günəşin kütləsindən 29 və 36 dəfə böykdür. Onlar 1,3 milyard il əvvəl birləşiblər – qravitasiya dalğalarının gəib yerə çatması üçün bu qədər zaman lazım olub. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama özünün Twitter hesabında bu böyük elmi kəşfin müəlliflərini təbrik edib.xəbər100  

Fevral 15, 2016 2:30

Nanotexnologiyada uğurlu layihə

Son illərdə xaricdə təhsil alan gənclərimizin uğurları sıralanmaqdadır. Belə uğurlar arasında daha çox diqqət çəkəni isə bəzi gənclərimizin şirkət açmaları, təqdim etdikləri layihələrin və ya kəşflərin beynəlxalq şirkətlər tərəfindən qiymətləndirliməsini göstərmək olar. Belə uğur formulunun sirlərini bilən gənclərimizdən biri də hazırda Hollandiyada yaşayan Bəhruz Məmmədovdur. Belə ki, bu günlərdə Bəhruz Məmmədovun həmtəsisçisi və əsas səhmdarlarından olduğu “Eurekite” şirkəti ABŞ-ın “Cottonwood” investisiya şirkəti tərəfindən 2.5 milyon avro qiymətləndirmədə 1 milyon avro investisiya barəsində müqaviləyə imzalayıb. Bəhruz Məmmədov gənc yaşında bu uğura imza atmasını belə izah edib: “Eurekite” şirkəti Niderlanda yerləşir və Avropanın ən böyük nanotexnologiya institutu olan “Mesa+” Nanotexnologiyalar İnstitutundan törəmə şirkətdir. Şirkətin əsas istiqaməti nanomaterial əsasında yeni tip elektron cihazları hazırlamaqdır. Şirkət öz texnologiyalarından istifadə edərək yeni tip temperatura davamlı sensorların və millimetr dalğa uzunluğunda işləyən radar texnologiyalarının inkişaf etdirilməsi ilə məşğuldur. Bir çox şirkət verdiyimiz ideyalar və şirkətimiz haqqında maraqlandı. Bir neçə şirkət öz investisiyalarını təklif etsə də, sonda “Cottonwood”la anlaşdıq. “Cottonwood” investisiya şirkəti tərəfindən qoyulan sərmayə şirkətin beynəlxalq səviyyədə partnyorlar tapmasına və tez bir zamanda məhsulun beynəlxalq bazara çıxmasına zəmin yaradacaq. İlkin razılaşmaya əsasən bir ildən sonra 10-20 milyon avro arası 2-ci mərhələ investisiyanın olması gözlənilir. Nanotexnologiya Azərbaycanda inkişaf etməyib, amma çalışacağam ki, şirkət daha da güclənəndən sonra Azərbaycana da öz töhfəmi verim”. Qeyd edək ki, Bəhruz Məmmədov 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004 –cü ildə Gəncə Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olub. Karyerasına “Buxar” şirkətlər qrupunda kimyaçı vəzifəsində başlayıb. 2009-cu ildə Azərbaycan Beynəlxalq Mədən Əməliyyat şirkətində kimyaçı kimi çalışıb. Qısa müddətdə Əməliyyat işləri üzrə mühəndis və istehsalat işləri aparıcı mühəndisi vəzifəsinə yüksəlib. 2012- ci ildə Niderland Krallığının “Twente” Universitetində Kimya mühəndisliyi fakültəsində magistr təhsilinə başlayıb. 2014-cü ildə dünyanın ən böyük kimya şirkəti olan BASF-da nanokatalizatorların sintezi üzrə mühəndis köməkçisi vəzifəsində çalışıb. 2014-cü ilin oktyabr ayında həmtəsisçi olaraq “Eurekite” şirkətinin əsasını qoyub. O, hazırda “Eurikte” şirkətinin əsas səhmdarlarından biri olmaqla yanaşı, maliyyə və əməliyyat işləri üzrə direktor vəzifəsində çalışır. Bəhruz Məmmədov ilk azərbaycanlı gəncdir ki, nanotexnologiya sahəsində beynəlxalq şirkətin əsasını qoyub. DJB-nin İdarə Heyətinin üzvü olan Bəhruz Məmmədov Azərbaycanla bağlı keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizi uğurla təmsil edir.

Fevral 6, 2016 9:06