27 İyul 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

“Light” markalı neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar azalaraq 81,81 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,15 dollar ucuzlaşaraq 72,13 dollar olub.xeber100.com

Sentyabr 26, 2018 12:31

Londonun ICE birjasında neftin bir barrelinin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşır.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 81,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 72,22 dollar olub.xeber100.com

Sentyabr 25, 2018 11:42

“Azercell”in dəstəyi ilə təlimlər təşkil olunacaq

2018-2019-cu tədris ili çərçivəsində paytaxt və region məktəblərində şagird, valideyn və müəllimlər üçün internet təhlükəsizliyi ilə bağlı təlimlər təşkil olunacaq.Azərtac xəbər verir ki, bu barədə “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev sentyabrın 25-də “Təhlükəsiz internet və rəqəmsal vətəndaşlıq təlim proqramı"nın təqdimatında məlumat verib.O qeyd edib ki, təlimlər sürətli internetin və internetdən istifadə arealının genişlənməsi nəticəsində şagirdlərin üzləşə biləcəkləri çətinlikləri müəyyənləşdirmək, həmin təhlükələri aradan qaldırmaq üçün şagirdlər, valideynlər və uşaqlarla kompleks işin təşkilini əhatə edir. "Azercell" öz fəaliyyətində daim uşaqların müdafiəsinə önəm verdiyindən, məmnuniyyətlə bu aksiyanın təşəbbüskarı və təlimlərin sifarişçisi qismində çıxış edir.xeber100.com

Sentyabr 25, 2018 11:39

“Brent” markalı neftin bir barrelinin qiyməti…

Dünya birjalarında neftin qiyməti bahalaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,40 dollar bahalaşaraq 80,20 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,28 dollar artaraq 72,06 dollar olub.xeber100.com

Sentyabr 24, 2018 1:05

2018-ci il üzrə “World Oil Outlook” hesabatında

Qlobal enerji tələbatının 2040-cı ilədək illik orta hesabla 1,2 faiz artımla gündəlik 364 milyon 700 min barrel neft ekvivalentinə çatacağı gözlənilir.Azərtac xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) 2018-ci il üzrə “World Oil Outlook” hesabatında deyilir. Bildirilir ki, 2040-cı ildə qlobal enerjidə neft, təbii qaz və kömürün payı 75 faizə çatacaq. Neft 28 faizlə tələbatda ən böyük paya sahib olacaq. Neftdən sonra 25 faizlə təbii qaz və 22 faizlə kömür yer alacaq. Enerji tələbatında bərpaolunan enerji mənbələrinin payı 19 faiz, nüvə enerjisinin payı isə 6 faiz olacaq.“Qlobal enerji tələbatındakı artımın böyük bir hissəsi inkişaf etməkdə olan ölkələrdə olacaq. Həmin ölkələrin enerji tələbatı 2040-cı ilə qədər illik orta hesabla 1,9 faiz, Avrasiyanın tələbatı ildə orta hesabla 0,7 faiz artacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə enerji tələbatı isə eyni səviyyədə qalacaq”, - deyə hesabatda qeyd edilir.xeber100.com

Sentyabr 24, 2018 1:02

“Azərişıq” ASC-nin məlumatına görə…

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılıb.Milli.Az bildirir ki, bu barədə "Azərişıq" ASC-dən bildiriblər.Qeyd olunub ki, ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi Şimal, Qərb və Cənub Regional Elektrik şəbəkələrində bəzi fəsadlara səbəb olub, elektrik verilişi xətlərində "Azərişıq" ASC əməkdaşları qabaqlayıcı tədbirlər görüb, yaranan qısa fasilələri operativ aradan qaldırıblar.Bakı şəhəri, Binəqədi rayonu Xutor qəsəbəsində yerləşən 97 saylı yarımstansiya güclü yağışın yaratdığı sel sularına məruz qalıb, Nəsimi və Nərimanov rayonlarının Cavadxan və Hacıbəyli küçələrinin yaşayış massivlərində səhər saatlarında qısamüddətli fasilə yaranıb.xeber100.com

Sentyabr 23, 2018 3:28

Yaponiya Neft Assosiasiyasının məlumatı

Yaponiyanın neft şirkətləri İrandan neft tədarükünü dayandırıb. Azərtac bildirir ki, bu barədə Yaponiya Neft Assosiasiyasının prezidenti Takashi Tsukioka bildirib. Yaponiyanın neft şirkətləri hökumətin rəsmi Tehrana qarşı sanksiyalarda güzəştlərlə bağlı ABŞ-la davam etdirdiyi danışıqlar nəticə verənə qədər İrandan tədarükünü dayandırıb."Bütün şirkətlər eyni qərara gələrək neft tədarükünü müvəqqəti dayandırıb və proses diqqətlə izlənilir", - deyə o əlavə edib.Qeyd edək ki, ABŞ-ın İrana qarşı ikinci sanksiya paketi noyabrın 5-də qüvvəyə minəcək.xeber100.com

Sentyabr 22, 2018 9:34

“Light” markalı neftin qiyməti azalıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar bahalaşaraq 78,89 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,32 dollar azalaraq 70,80 dollar olub.xeber100.com

Sentyabr 21, 2018 12:27

Dövlət Turizm Agentliyinin məlumatı

Qarşıdan gələn qış mövsümündə Bakıdan Misirə, Şarm əl-Şeyxə birbaşa çarter reyslər açılacaq.Azərtac-a Dövlət Turizm Agentliyindən verilən məlumata əsasən, bu, Azərbaycan tərəfindən mütəmadi həyata keçirilən ikinci belə reys olacaq. İlk belə reys Monteneqroya təşkil edilib. Uçuşlar həftədə bir dəfə cümə axşamı günü olmaqla 8 noyabr - 4 aprel tarixlərində “Paşa Holidays” şirkəti və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək.İki ölkə arasında birbaşa aviareysin açılması turist mübadiləsinin artmasına və turizm əlaqələrinin möhkəmlənməsinə təkan verərək işgüzar əlaqələrin inkişafı üçün də zəmin yaradacaq.Qeyd edək ki, beynəlxalq Şarm əl-Şeyx hava limanı turistlərə yerindəcə viza əldə etmək imkanı tanıyır.xeber100.com

Sentyabr 21, 2018 12:22

2025-ci ilədək 58 milyon yeni iş yeri yaradılacaq

Dünya İqtisadi Forumu yeni hesabat dərc edib. Hesabatda göstərilir ki, 2025-ci ilədək robotlar işlərin əksər hissəsini ( 51 faiz) yerinə yetirəcək. Robot texnikası 58 milyon yeni iş yeri yaradacaq.Azərtac computerworld.ru saytına istinadən xəbər verir ki, böyük şirkətlərdə çalışan əməkdaşların 54 faizi peşəsini dəyişmək və ya bacarıq səviyyəsini artırmaq məcburiyyətində qalacaq. Hesabata görə, gələcəkdə operator, mühasib, inzibatçı, katib, quraşdırma müəssisələri işçisi, auditor, poçt xidmətləri əməkdaşı, sifarişçilərlə iş üzrə xidmət operatoru, anbar uçotu operatorları və s. kimi peşələrə tələbat azalacaq. Yeni peşələr isə məlumat analitiki, süni intellekt və robotların öyrədilməsi üzrə mütəxəssis, proqram təminatı tərtibatçısı, satış və marketinq üzrə mütəxəssis, iritutumlu məlumatlarla iş üzrə, rəqəmli texnologiyalara keçid üzrə və yeni texnologiyalar üzrə mütəxəssis və s. olacaq.xeber100.com

Sentyabr 21, 2018 11:53
    Page 149 of 382« First«...102030...147148149150151...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az