“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin məlumatı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyatı Donanmasına məxsus “Cəfər Cabbarlı” quru yük gəmisi Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda əsaslı təmir olunub.“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən Azərtac-a bildirilib ki, bir ilə yaxındır aparılan təmir zamanı xeyli iş görülüb. Belə ki, 3850 ton yükgötürmə qabiliyyətinə malik gəminin gövdəsində, göyərtələrində, yük anbarlarında və sair sahələrində korroziyaya uğramış metal təbəqələr dəyişdirilib, bu məqsədlə bütövlükdə 350 ton metal işlədilib. Kayutlar müasir tələblər səviyyəsində təmir olunaraq yeni avadanlıq və mebellə təchiz edilib.Gəminin baş və köməkçi mühərrikləri, əsas və yardımçı sükan qurğuları, ballast, hava, su, yanğınsöndürmə, yağ və yanacaq sistemləri əsaslı təmir olunub.Bundan başqa, gəminin bütün maşın və mexanizmlərinə baxış keçirilib, anbarları modernləşdirilib, ikinci gövdə qatı tikilib.Həmçinin gəminin bütün elektrik avadanlıqları, o cümlədən elektrik mühərrikləri, generatorları, radionaviqasiya cihazları yoxlanılaraq, zəruri təmir işləri yerinə yetirilib, əksər boru sistemləri dəyişdirilib.Təmirdən sonra gəmi dəniz sınağından keçirilib. Sınaq uğurla başa çatıb və gəmi istismara qaytarılıb.Xatırladaq ki, “Cəfər Cabbarlı” quru yük gəmisinin uzunluğu 123,50 metr, eni 15 metr, maksimal sürəti 11,7 uzeldir.xeber100.com

İyun 4, 2018 3:12

Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq

Energetika Nazirliyi və İndoneziyanın Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmaya hazırdır.Energetika Nazirliyindən Azərtac-a bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun İndoneziyanın “Pertamina” şirkətinin planlama, investisiya və risk menecmenti üzrə direktoru Gigih Prakosonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.Görüşdə “SOCAR Trading” ilə “Pertamina” şirkəti arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. İki ölkənin müvafiq şirkətlərinin neft hasilatı, satışı və emalı sahələrində gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində “Azərbaycan Respublikasının Energetika Nazirliyi və İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının vacibliyi qeyd edilib. Bildirilib ki, Anlaşma Memorandumu hər iki tərəfdən razılaşdırılıb və imzalanmaya hazırdır.Pərviz Şahbazov Energetika Nazirliyinin iki ölkə arasında enerji əməkdaşlığının inkişafına hər zaman dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb.Qeyd edək ki, Azərbaycan xam neft satışına görə İndoneziyanın ikinci ən böyük tərəfdaşıdır. SOCAR İndoneziya istiqamətində xam neft ixracını 2007-ci ildən həyata keçirir.xeber100.com

İyun 1, 2018 3:50