“Fitnə” filminin təqdimatı olub

Nizami Kino Mərkəzində dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” filminin təqdimatı keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilən film dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edir. Maarifləndirici səciyyə daşıyan film milli mənəvi dəyərlərin qorunması, ölkədə tolerantlığın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ekrandan tanınmış din xadimləri, alimlər gənclərin radikal dini hərəkatların təsiri altına düşməməsi, onların məlumatlılığının təmin edilməsi üçün təhsilin əhəmiyyəti haqqında danışırlar. Dünyada İslam və digər dinlərdən öz siyasi məqsədləri, radikal qruplardan isə geosiyasi maraqları naminə istifadə edən qüvvələr az deyil. Təsadüfi deyil ki, 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Biz İslam dünyasının bir hissəsiyik və İslam ölkələrində baş verən proseslər bu və ya digər dərəcədə istər-istəməz bizə təsir edir. Film gəncləri radikal dini qrupların təsirindən qorumağın təbliğinə yönəlib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikallığa və ekstremizmə qarşı məqsədyönlü mübarizə aparır. Bu məqsədlə regional konfranslar, seminarlar, görüşlər keçirilir, habelə kitab və digər materiallar nəşr edilir. Filmdə dini radikalizmin qurbanları, habelə bu cinayətlərə görə məsuliyyətə cəlb olunanlar göstərilir. Ssenari müəllifi Nadir Bədəlov, məsləhətçilər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavinləri Siyavuş Heydərov və Gündüz İsmayılov, ekspert Milli Məclisin deputatı Elman Nəsirovdur.xeber100.com

May 26, 2016 3:00

Meksikada Azərbaycan Kinosu Günləri…

Meksikanın paytaxtı Mexiko şəhərində Azərbaycan Kinosu Günlərinin açılışı olub. Azərbaycanın Meksikadakı səfirliyindən Apa-ya verilən məlumata görə, tədbir Meksika Milli Film Arxivinin, Azərbaycanın Meksikadakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Mayın 26-dək davam edəcək kino günləri çərçivəsində ümumilikdə 7 film - “Arşın mal alan”, “O olmasın bu olsun”, “Yarasa”, “Özgə vaxt” “Çölçü” “Nabat” və “Axınla aşağı” bədii filmləri tamaşaçılara təqdim ediləcək. Meksika Milli Film Arxivinin Proqramlama üzrə direktoru Nelson Karro Meksikada ilk dəfə olaraq Azərbaycan filmlərinin nümayiş olunmasından məmnunluğunu ifadə edərək diqqətə çatdırıb ki, Meksika kinosu böyük yol keçib və özünəməxsusluğu ilə fərqlənir. Bu da onun dünyada populyarlaşmasının əsas səbəbidir. O, Azərbaycan filmlərinin Meksikada uğurla nümayiş olunacağına əminliyini ifadə edib. Bütün iştirakçılara minnətdarlığını bildirən səfirliyin müvəqqəti işlər vəkili Mehriban Səmədova keçirilən kino günlərinin əhəmiyyətindən söz açaraq bildirib ki, bu hadisə iki ölkə arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Həmçinin qeyd edib ki, dünyanın ən qədim xalqlarından olan Azərbaycan min illər boyu formalaşan və Azərbaycan xalqının  yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən, özünəməxsus adət və ənənələri yüksək mənəviyyatı ilə diqqəti cəlb edib. Azərbaycanın qərblə şərq arasında körpü rolu oynayan, mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfə verən ölkə olduğunu vurğulayan xanım Səmədova müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından və bunun xalqımızın tarixində mühüm bir hadisə olmasından bəhs edib. Daha sonra “Arşın mal alan” filmi nümayiş olunub. Film meksikalı tamaşaçılar tərəfindən diqqətlə izlənildi və alqışlarla qarşılanıb. Filmin nümayişindən sonra qonaqlara ölkəmizin milli mətbəx nümunələrindən ibarət ziyafət verilib. Xatırladaq ki, Azərbaycan filmləri ispan dilində subtitrlə nümayiş olunur. Subtitrlər Meksika Milli Film Arxivi tərəfindən ispan dilinə tərcümə edilib.xeber100.com

May 23, 2016 12:02

“ÇÖLÇÜ” filmi Beynəlxalq Kinofestivalda nümayiş olunacaq

Şamil Əliyevin “ÇÖLÇÜ” filmi Rumıniyanın Buxarest şəhərində keçiriləcək Beynəlxalq Kinofestivalda nümayiş olunacaq. Festival 20-25 may 2016-cı il tarixləri arasında keçiriləcək. “PAMANTENİ” Birliyi və Black Sea Arts təşkilatçılığı ilə keçiriləcək Kinofestivala 9 ölkənin  filmləri nümayiş olunmaq üçün seçilmişdir.  Əsas məqsədi dünya xalqlarının mənəvi və mədəni dəyərlərinin təbliği, mübadiləsi, kinomatoqrafın inkişafına yeni, müsbət meyarların gətirilməsidir. Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək sayına görə 29 Beynəlxalq kinofestivalı və forumlarda iştirak etmiş bir neçə mükafat və Diplomlara layiq görülmüşdür. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. “Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur... “ÇÖLÇÜ”nün mükafatları: V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012) SPECIAL JURY DIPLOMA – “FOR FAIRYTALE REALITY” JÜRİNİN XÜSUSU MÜKAFATI – “NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ” HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI) XIV INTERNATIONAL TELEKINOFORUMA "TOGETHER", (YALTA – UKRAINE, 5-11 September,2013), The movie "Steppe man", "Azerbaijanfilm", Baku, Azerbaijan, - "For creative research." (YARADICILIQ AXTARIŞINA GÖRƏ) XV Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK “BEST FEATURE FILM” (“ƏN YAXŞI BƏDİİ FİLM”) «INTERNATIONAL MOVIE AWARDS - 2014», 24th September, Jakarta, Indonesia PLATINUM AWARDS Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev Director ÇÖLÇÜ  (Azərbaycan Respublikası),  Şamil Əliyev –  ƏN YAXŞI REJİSSOR III Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN) EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN) EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN) II NOIDA INTERNATIONAL FILM FESTIVAL-2015 Best Director- Jury , «Steppe man», Director: Shamil Aliyev “Ən yaxşı rejissor”, “Cölçü”, rejissor Şamil Əliyev WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA) “GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev - International film 86-cı Amerika Kino Akademyası(2014) Amerika Oscar mükafatının uzun siyahısında Azərbaycanı təmsil edib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Çölçü” filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib. “Çölçü” filminin süjeti belədir: Şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc Çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq onun həyatında yeni səhifə açır, böyük, onun bixəbər olduğu dünyaya daxil olur... FESTİVALAR: XXI “KINOSHOK” Film Festival (Russia – Anapa, September 14-22, 2012) VIII EURASIA International Film Festival (Kazakhstan – Almaty, 2012) V DIDOR International Film Festival (Tajikistan – Dushanbe, 2012) SPECIAL JURY DIPLOMA – “FOR FAIRYTALE REALITY” JÜRİNİN XÜSUSU MÜKAFATI – “NAĞILVARİ HEKAYƏTƏ GÖRƏ” XVI BLACK NIGHTS International Film Festival (Estonia – Tallinn, 2012) 35th Cairo International Film Festival (Egypt- Cairo, 2012) 13th  Tbilisi International Film Festival (Georgia – Tbilisi, 2012) XXIV Ankara International film Festival (Turkey –Ankara, March 14-24, 2013) XXII International Film Festival “Golden Knight (Russia – Khabarovsk . May 21-31, 2013,)  HUMAY – XXIII, NATIONAL AWARD (BEST FILM), May 2013 (HUMAY MILLI MÜKAFATI) IX Kazan International Festival of Muslim Cinema, (Russia – Tatarstan, September 5-11, 2013) XIV INTERNATIONAL TELEKINOFORUMA "TOGETHER", (YALTA – UKRAINE, 5-11 September,2013), The movie "Steppe man", "Azerbaijanfilm", Baku, Azerbaijan, - "For creative research." (YARADICILIQ AXTARIŞINA GÖRƏ) 62th International Film Festival Mannheim-Heidelberg (Germany, 31 October – 10 November, 2013) IV  Malatya International Film Festival (Turkey, Malatya, 15-21 November, 2013) 13th Dhaka International Film Festival (Dhaka, Bangladesh, January 10 – 18 , 2014) 19.42th International film festival FEST (Belgrade, 28th February till 9th of March LIST of BEST FOREIGN LANGUAGE FILM 86th OSCAR AWARDS -2013/14 V CINEMA MUNDI INTERNATIONAL FILM FESTIVAL , 20.02 -02.03 2014, BRNO, CZECH REPUBLIC 15th Rainbow Film Festival, from Sunday 25 May to 1 June 2014, London, UK “BEST FEATURE FILM” (“ƏN YAXŞI BƏDİİ FİLM”)-Baş Mükafat 3rd Madrid International Film festival 2014 (11 -19 July, 2014, Madrid – Spain) SALENTO INTERNATIONAL FILM FESTIVAL, (21-28 June, 2014, Tricase, Italy) «FRIENDS’MOVIE » INTERNATIONAL FILM FORUM (September 21- -25) Moscow, Russia «INDIAN CINE FILM FESTIVAL- 2014. 27 September, Lonavala, Mumbai-Pune (INDIA) «INTERNATIONAL MOVIE AWARDS - 2014», 24thSeptember, Jakarta, Indonesia PLATINUM AWARDS / PLATİNUM MÜKAFARI Steppe Man (Azerbaijan Republic), directed by Shamil Aliyev Best Director / Ən yaxşı rejissor Uluslararası Van Gölü Film Festivalı, 23-29 sentyabr, 2014. Van, Türkiyə İNCİ KEFALI ÖDÜLÜ / PEARL MULLET AWARD EN İYİ CİNEMA FİLMİ (ƏN YAXŞI BƏDİİ FİLM –BAŞ MÜKAFAT) –ÇÖLÇÜ / BEST FEATURE FILM – STEPPE MAN EN İYİ YÖNETMEN (ƏN YAXŞI REJİSSOR)– ŞAMİL ƏLİYEV (ÇÖLÇÜ)/ BEST DIRECTOR –SHAMIL ALIYEV (STEPPE MAN) EN İYİ SSENARYO (ƏN YAXŞI SSENARİ) – VİDADİ HASANOV (ÇÖLÇÜ)/ BEST SCREENWRITER – VIDADI HASANOV (STEPPE MAN) EN İYİ KADIN OYUNÇU (ƏN YAXŞI QADIN AKTİSA)– SALOME DEMURİA (ÇÖLÇÜ) / BEST ACTRESS (STEPPE MAN) “AKBUZAT” Beynəlxalq Milli və Etnik Kinofestivalı, Rusiya – Başkortostan – Ufa, 27-29 noyabr 2014 II NOIDA INTERNATIONAL FILM FESTIVAL -2015,(INDIA – DELHI. 14FEBRUARY 2015) BEST DIRECTOR – JURY, SHAMIL ALIYEV IX BYRON BAY INTERNATIONAL FILM FESTIVAL, (AUSTRALIA - BYRON BAY, 6-9 MARCH, 2015) WORLD FILM AWARDS -2015 (INDONESIA, JAKARTA. 4-19 June, 2015) “GOLDEN WORLD AWARDS 2015”, Steppe man, directed by Shamil Aliyev - International film  

May 8, 2016 8:12

Ceyhun Mirzəyev-70

Aprelin 29-da Dövlət Film Fondunda görkəmli kinorejissor və aktyor Ceyhun Mirzəyevin anadan olmasının 70 illiyi qeyd olunacaq.Azərtac xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və "Azərbaycanfilm" kinostudiyasının təşkilati dəstəyi ilə keçiriləcək. Tədbirdə unudulmaz sənətkarın sənət dostları, kinoşünaslar Ceyhun Mirzəyevin həyat yolundan və yaradıcılığından söz açacaqlar. Qeyd edək ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb. Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət alıb. Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub. Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Belə ki, o, bir dəfə söhbət etdiyi adamın səsini, danışıq formasını o dəqiqə yamsılamağı bacarırmış. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub. 1993-cü ildə vəfat edən Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub.xeber100.com  

Aprel 28, 2016 12:00

“İkinci Britaniya Film Baharı Festivalı” başladı

“British Council-Azərbaycan” təşkilatı Böyük Britaniyanın ölkəmizdəki səfirliyi və Nizami Kino Mərkəzi ilə birlikdə Bakıda “İkinci Britaniya Film Baharı Festivalı”na başlanılıb. AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 25-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçirilib. Mətbuat konfransda Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Siddiq, “British Council-Azərbaycan”ın direktoru Elizabet Uayt, Nizami Kino Mərkəzinin direktoru Leyli Mirzəyeva festival haqqında məlumat verib, media nümayəndələrinin suallarını cavablandırıblar. Bildirilib ki, festival çərçivəsində 6 film nümayiş olunacaq. Aprelin 30-dək davam edəcək festival Kolm Toybinin eyniadlı romanı əsasında Nik Hornbinin ssenarisi əsasında, rejissor Con Kraulinin çəkdiyi Oskar nominasiyalı “Bruklin” adlı tarixi dramın premyerası ilə açılacaq. Bildirilib ki, festival çərçivəsində ingilis kino sənayesinin ən yaxşı nümunələri təqdim ediləcək, bakılı tamaşaçılar bir həftə ərzində baş rolunu Meqqi Smitin ifa etdiyi “Furqondakı ledi”, Endrü Heyin Berlin Kino Festivalının qalibi olmuş “45 il”, baş rollarında Kolin Farrel və Reyçel Vaysın çəkildiyi Yorqos Lantimosun “Lobster”, həmçinin “Mister Homs”, “Mənə qulaq as, Marlon” kimi olduqca maraqlı və eyni zamanda çox fərqli filmlər izləyəcəklər. Qeyd edilib ki, filmlər Nizami Kino Mərkəzində rus dilində alt yazı olmaqla, ingilis dilində nümayiş ediləcək. Bu ekran əsərlərinə baxmaq istəyənlər biletləri Nizami Kino Mərkəzinin kassalarından əldə edə bilər.xeber100.com  

Aprel 26, 2016 11:35