05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Akademik Milli Dram Teatrı təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə “Qarabağnamə” tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com  

Yanvar 17, 2018 11:25

“Yuğ” Teatrı yanvar repertuarını təqdim edir

“Yuğ” Teatrının yaradıcı kollektivi bu ay tamaşaçılarının görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.Azərtac teatrın repertuarını təqdim edir: 6 yanvar – “Quş dili” 7 yanvar – “Medeya sekvensiya– 01” 12 yanvar – “Metomorfoza” 13 yanvar - “Sonuncu” 19 yanvar - “Məhşər günü” 26 yanvar – “Ründi Şeyda” 27 yanvar – “Naməlum Axundzadə” 31 yanvar- “Səsimi unutma” Qeyd edək ki, teatrsevərlər səhnə əsərlərini A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləyəcək.xeber100.com

Yanvar 5, 2018 11:09

Opera və Balet Teatrı yanvar repertuarını təqdim edir

Opera və Balet Teatrının yanvar repertuarı maraqlı səhnə əsərləri ilə zəngindir.Sənət ocağının yanvar repertuarını təqdim edirik: 6 yanvar – “Çarli və şokolad fabriki” 7 yanvar – “Əfsanənin qayıdışı” 10 yanvar – “Şah İsmayıl” 13 yanvar – “Yeddi gözəl” 14 yanvar – “Kənd namusu” 19 yanvar – “İntizar” 21 yanvar – “Leyli və Məcnun” 27 yanvar – “Traviata”.xeber100.com

Yanvar 4, 2018 2:53

Gənc Tamaşaçılar Teatrı yanvar repertuarını təqdim edir

Gənc Tamaşaçılar Teatrı yanvar ayında maraqlı tamaşalar təqdim edəcək.Azərtac teatrın yanvar repertuarını təqdim edir: 1, 2, 3, 6 və 7 yanvar - “Hörümçək adam”; 13 yanvar -“Tıq-Tıq Xanım”, “Buzovna kəndinin əhvalatları”; 14 yanvar- “Dəcəl keçi”, “Mehmanxana sahibəsi”; 19 yanvar - “Mənim ağ göyərçinim; 20 yanvar -“Əlincə Qalası”, “Mənim ağ göyərçinim”; 21 yanvar - “Çipollino”, “Romeo və Cülyetta”; 25 yanvar - “Eşq-i Nigar”; 26 yanvar - “Qaraca qız”; 27 yanvar - “Qırmızı papaq”, “Leyli və Məcnun”; 28 yanvar - “Çirkin ördək balası”, Ə.Əmirli “Hasarın o üzü”; 29 yanvar - “Ələddinin sehirli çırağı”; 30 yanvar - “Müsyö Jordan və Dərviş Məstəli şah”; 31 yanvar - “Ağ ölüm”; Sənət ocağı repertuarında monotamaşalara da yer ayırıb: 9 yanvar - “Vurğuna vurğun gəlin”; 10 yanvar- “İstədiyim kimi yaşamışam”; 11 yanvar -“Dəlinin qeydləri”; 12 yanvar - “Cəza”; 16 yanvar - “Sonluğun sonu”; 17 yanvar - “İdiot”; 18 yanvar - “Kontrabas”.xeber100.com

Dekabr 29, 2017 3:00

Rus Dram Teatrı yanvar repertuarını açıqlayıb

Rus Dram Teatrı 2018-ci ilin yanvar repertuarını açıqlayıb.Azərtac teatrın repertuarını təqdim edir: 5 yanvar – “Əli və Nino”; 6 yanvar – “Məhəbbətlə zarafat etmirlər”; 7 yanvar – “Məmə” (premyera); 12 yanvar – “Afina axşamları”; 13 yanvar – “Xalam bundu” 14 yanvar – “Senyor Todero-xuliqan”; 18 yanvar – “Yeddi gözəl”; 21 yanvar – “Qürur və qərəz”; 25 yanvar – “Artistin taleyi”; 26 yanvar – “Peterburqlu sələmçi”; 27 yanvar – “Sanset bulvarı”; 28 yanvar – “Mərasim”. Uşaqlar üçün: 6 yanvar – “Durnabalığının buyruğu ilə”; 13 yanvar – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”; 14 yanvar – “Atam, anam və mən; 21, 29-31 yanvar – “Üç donuz balası, Qırmızı papaq və boz canavarlar”; 27-28 yanvar – Moskva teatrının qastrolu. “Morozko”. Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00 və 15.00-da başlanır.xeber100.com

Dekabr 28, 2017 1:54

Pantomima Teatrı yanvar repertuarını təqdim edir

Pantomima Teatrı növbəti ilin ilk ayı maraqlı tamaşalarla çıxış edəcək.Azərtac teatrın yanvar repertuarını təqdim edir: 6 yanvar - “Dejavü”; 7 yanvar - “Mənim balığımsan”; 13 yanvar - “Pantomima buketi”; 14 yanvar - “Fəlakət və İnsan” (uşaq tamaşası), “6+1 № Palata”; 21 yanvar - “Ağ bığlılar”; 27 yanvar – “Underground”; 28 yanvar - “Fəlakət və İnsan” (uşaq tamaşası), “Ora-Bura”. Böyüklər üçün tamaşalar saat 18:00-da, uşaqlar üçün saat 14:00-da nümayiş olunacaq.xeber100.com  

Dekabr 28, 2017 1:44

Opera və Balet Teatrının məlumatı

Opera və Balet Teatrında bəstəkar Qara Qarayev və bəstəkar Fərəc Qarayevin musiqisi əsasında “Qoyya” baletinin quruluşu üzərində fəal iş aparılır.Teatrın rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün adlı-sanlı mədəniyyət xadimlərindən ibarət beynəlmiləl yaradıcı heyəti sənət ocağına dəvət edib.Teatrdan bildirilib ki, baletin quruluşçu xoreoqrafı Estoniyanın Əməkdar artisti Vasili Medvedyevdir.Tamaşanın quruluşçu rəssamı Dmitri Çerbadji, libretto müəllifi türkiyəli yazıçı Yana Temiz, xormeysteri Sevil Hacıyevadır.Görkəmli bəstəkar Qara Qarayevin 100 illiyi çərçivəsində nümayiş olunacaq səhnə əsərinin premyerası gələn il fevralın 3-nə nəzərdə tutulur.xeber100.com

Dekabr 21, 2017 2:20

Milli Dram Teatrının təqdimatında

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti hazırladığı yeni səhnə əsərini tamaşaçılara təqdim edib.Azərtac xəbər verir ki, “Qətibə İnanc” adlı ikihissəli səhnə əsəri görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının motivləri əsasında Çingiz Ələsgərli tərəfindən yeni səhnə versiyasında işlənib.Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim olunan tamaşa Gəncə hakimi Əmir İnancın qızı Qətibə İnancın Şeyx Nizamiyə olan məhəbbətindən bəhs edir. Şeyx tərəfindən məhəbbəti rədd ediləndən sonra Qətibə İnancda hamıya qarşı nifrət yaranır. Bu nifrətinə görə Qətibə sevmədən Məhəmməd Cahan Pəhləvana ərə gedir.Qeyd edək ki, ilk dəfə 1977-ci ildə görkəmli rejissor Tofiq Kazımov “Qılınc və qələm” əsərini tamaşaya hazırlayıb.xeber100.com

Dekabr 15, 2017 1:50

Gənc Tamaşaçılar Teatrı təqdim edir

Hər həftə olduğu kimi, bu həftə də Gənc Tamaşaçılar Teatrı tamaşaçıları üçün maraqlı repertuar tərtib edib.Teatrdan Azərtac-a bildirilib ki, dekabrın 15-də M.F.Axundzadənin “Hekayəti-Xırs quldurbasan” tamaşası və “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar” nümayiş ediləcək.Dekabrın 16-da L.Nurenin “Mən gəldim, qızlar”, dekabrın 17-də isə D.Fo, P.Filipponun “İtalyansayağı xoşbəxtlik” komediyası təqdim edəcək.Heç şübhəsiz ki, teatr daimi və sevimli kiçik yaşlı tamaşaçılarını da hər zaman olduğu kimi diqqətdən kənarda qoymayıb.Belə ki, kollektiv dekabrın 16-da saat 12:00 və 14:00 –də C.Rodarinin “Çipollino”, dekabrın 17-də isə C.Sviftin “Qulliver cırtdanlar ölkəsində” adlı yeni tamaşaları ilə balaca dostlarını sevindirəcək.Tamaşalarda rolları əməkdar artistlər Kəmalə Hüseynova, Leyli Vəliyeva, Nübar Novruzova, Qurban İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Günel Məmmədova, Səbinə Məmmədova və başqaları ifa edəcəklər.Biletləri bütün mərkəzləşdirilmiş kassalardan, “ASAN” xidmət mərkəzlərindən və filiallardan əldə etmək olar.xeber100.com

Dekabr 14, 2017 2:42

Kukla Teatrı yeni səhnə işi hazırlayır

Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibəti ilə balaca tamaşaçıları üçün yeni səhnə işi hazırlayır.Teatrın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək.Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqi tərtibatı əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edirlər.27 dekabrda premyerası gerçəkləşəcək tamaşa yanvarın 3-dək hər gün 4 seans olmaqla nümayiş olunacaq. Üç seans Azərbaycan, bir seans isə rus dilində göstəriləcək.Tamaşaya biletlərin qiyməti 3 manatdır və dekabrın 15-dən etibarən teatrın kassasından əldə oluna bilər.xeber100.com

Dekabr 13, 2017 8:09
    Page 10 of 37« First«...89101112...2030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az