05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Kukla Teatrı yeni mövsümdə ilk premyerasını keçirib

Sentyabrın 30-da Kukla Teatrı yeni mövsümdə ilk premyerasını keçirib.Azərtac xəbər verir ki, bu dəfə teatrın yaradıcı heyəti balaca teatrsevərlərə məşhur rus xalq nağılı “Durna balığının əmri ilə” səhnə əsərini təqdim edib. Tamaşa teatrın rus bölməsi tərəfindən hazırlanıb.Teatrın rejissoru Anar Məmmədov tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadur.Tamaşada balaca teatrsevərlər üçün əsl nağıllar aləmini xatırladan bir sehrli mühit yaradılıb.xeber100.com

Oktyabr 1, 2017 3:11

Şuşa Dövlət Musiqili Dram Teatrı 144-cü mövsümə hazırlaşır

Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi 144-cü mövsümü oktyabrın 6–da görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə açacaq.Teatrdan Azərtac-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar Artist Azad Məmmədovdur.Rollarda teatrın aktyorları- Rasəf Mehdiyev, Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə və Zahid Mehdiyev oynayacaqlar.xeber100.com

Sentyabr 29, 2017 3:05

Musiqili Teatr oktyabr repertuarını təqdim edir

Musiqili Teatrın 108-ci mövsümünün oktyabr repertuarı maraqlı tamaşalarla zəngindir.Teatrın repertuarını təqdim edirik: 6 oktyabr - “Qızıl toy” 7 oktyabr - “Yağış göbələyinin macərası” (rus dilində) , “Molla Nəsrəddinin beş arvadı” 8 oktyabr - “Yatmış gözəl və cırtdanlar”, “Mən dəyərəm min cavana” 13 oktyabr - “Qafqazlı qardaşqızı” (rus dilində) 14 oktyabr - “Bremen musiqiçiləri və Pen”, “Baladadaşın toy hamamı” 15 oktyabr - “Qırmızı papaq”, “Bankir adaxlı” 20 oktyabr - “O olmasın, bu olsun” 21 oktyabr- “Meşə çaqqalsız olmaz”, “999-cu gecə” (F.Əmirovun musiqiləri əsasında ) 22 oktyabr - “Qızıl cücə”, “999-cu gecə” (F.Əmirovun musiqiləri əsasında) 28 oktyabr - “Dəcəl çəpişlər”, “Toya bir gün qalmış”.xeber100.com

Sentyabr 29, 2017 3:00

Musiqili Teatrın təqdimatında

Sentyabrın 29-da Musiqili Teatrın aktyoru Boris Qrafkinin anadan olmasının 80 illiyi münasibətilə tədbir keçiriləcək.Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə dünya şöhrətli macar bəstəkarı İmre Kalmanın məşhur “Silva” operettası nümayiş olunacaq.Yubilyar tamaşada əsas rollardan biri olan Knyaz Volyapuk obrazını canlandıracaq. Səhnə əsəri Əməkdar Artist Boris Lukinskinin quruluşunda təqdim ediləcək.xeber100.com

Sentyabr 28, 2017 1:42

Milli Dram Teatrı oktyabr repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının oktyabr repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac bu sənət ocağının oktyabr repertuarını təqdim edir: 1 oktyabr- “Mənim günahım” 3 oktyabr- “Boy çiçəyi” 6, 7 oktyabr- “Cəhənnəm sakinləri” 8 oktyabr- “Xanuma” 13 oktyabr- “Boy çiçəyi” 14 oktyabr-“ Cipollino”, “Müfəttiş” 15 oktyabr- “Cipollino”, “Ölülər” 17 oktyabr-“Almaz” 20 oktyabr- “Sənətkarın taleyi” 21 oktyabr-“Cipollino”, “Almaz” 22 oktyabr-“Anamın kitabı”, “Cəhənnəm sakinləri” 27 oktyabr- “Qürbətdən gələn məktublar” 28 oktyabr- “Qaraca qız”, “ Vəsiyyət” 29 oktyabr- “ Cipollino”, “ Xəcalət”.xeber100.com

Sentyabr 26, 2017 12:19

Gənc Tamaşaçılar Teatrı oktyabr repertuarını təqdim edir

Gənc Tamaşaçılar Teatrı oktyabrda maraqlı tamaşalarla çıxış edəcək.Azərtac teatrın oktyabr repertuarını təqdim edir: 1 oktyabr - “Qırmızı papaq”, “Şeyx Sənan” 7 oktyabr - “Danışan gəlincik” , “Mən gəldim qızlar” 8 oktyabr - “Şahzadə Xəzərin nağılı”, “Aydın” 13 oktyabr - “Hekayəti- Xırs-quldurbasan”, “Cəza” 14 oktyabr - “Ələddinin sehrli çırağı”, “Mehmanxana sahibəsi” 15 oktyabr- “Uzuncorab Pippi”, “III Riçard” 20 oktyabr - “Əlincə qalası” 21 oktyabr - “Tıq-tıq xanım”, “Pəri Cadu” 22 oktyabr - “Çirkin ördək balası”, “Mən səni sevirəm – MSS” 27 oktyabr - “Qulliver cırtdanlar ölkəsində” (premyera) 28 oktyabr - “Qrinç” (“Yaşıl adam”), “Hasarın o üzü” 29 oktyabr - “Əlibaba və qırx quldur”, “Buzovna kəndinin əhvalatları”.xeber100.com

Sentyabr 25, 2017 12:28

Rus Dram Teatrı premyeraya hazırlaşır

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovski Yelena Poddubnayanın “Yağış isə elə hey yağır” əsəri əsasında yeni tamaşa üzərində işləyir.Rejissor Azərtac-a müsahibəsində bildirib ki, tamaşa şərti olaraq “İngiltərə kraliçası Yelizavetanın faciəli məhəbbəti” adlanır.Tamaşanın quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Olqa Abbasova, musiqi tərtibatçısı Vladimir Neverovdur. Kraliça Yelizaveta rolunda Əməkdar Artist Natalya Şarovskaya çıxış edir.Tamaşanın premyerası dekabr ayına nəzərdə tutulub.xeber100.com

Sentyabr 24, 2017 6:06

“Arşın mal alan” operettası əsasında eyniadlı tamaşa nümayiş olunub

Sentyabrın 23-də Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.Azərtac xəbər verir ki, Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim edilən səhnə əsərinin yeni quruluşda bərpaçı rejissoru Əhəd Hacıyev, dirijoru isə İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri Bərdia Kiyarəsdir. Rolları Əməkdar artistlər Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlardan Atəş Qarayev, Aydan Həsənova, Gülcahan Salamova və başqaları ifa ediblər. xeber100.com

Sentyabr 23, 2017 9:07

Pantomima Teatrı oktyabr ayının repertuarını təqdim edir

Pantomima Teatrının oktyabr ayı üçün repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac sənət ocağının oktyabr repertuarını təqdim edir: 1oktyabr - “Fəlakət və İnsan”, “Pantomima buketi” 7 oktyabr - “Adagio” 8, 21oktyabr - “Qoca və Mələk” 14 oktyabr - “Underground” 15 oktyabr - “Fəlakət və İnsan”, “Katarsis” 22 oktyabr - “Ağ bığlılar” 28 oktyabr - “Ora- bura” 29 oktyabr - “Fəlakət və İnsan”, “Qoca və Mələk”.xeber100.com

Sentyabr 17, 2017 11:05

Gənc Tamaşaçılar Teatrının məlumatı

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni layihə üzərində yaradıcılıq prosesinə başlanılıb. Teatrın Bakı Yunis Əmrə İnstitutu ilə birgə reallaşdırdığı layihə “Eşqi – Nigar” adlanır.Teatrdan Azərtac-a bildirilib ki, əsər türk dünyasının ortaq əfsanəvi qəhrəmanı Koroğlu dastanı əsasında hazırlanır.Tamaşanın quruluşçu rejissoru Ayla Həşimova, səhnələşdirmə müəllifi Amaliya Ömərova, baletmeyster Ceyhun Dadaşovdur.Səhnə sərində əsas obrazları Zülfiyyə Alhüseynova, Manaf Dadaşov, Aydın Dəmirov, Ramiq Nəsirov, Eyvaz İbrahimov, İlham Əsədov, Vahid Orucoğlu və başqaları ifa edəcək. Səhnə əsərinin bədii rəhbəri Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovdur.Sözügedən layihənin Bakı premyerası bu ilin noyabr ayının 14-də baş tutacaq. Sonrakı nümayişlər isə Türkiyə Cümhuriyyətinin Ərzurum, Bolu və digər şəhərlərində nəzərdə tutulur.xeber100.com

Sentyabr 14, 2017 12:25
    Page 13 of 37« First«...1112131415...2030...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az