05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera və Balet Teatrı mövsümə qala-konsertlə yekun vurub

Akademik Opera və Balet Teatrı mövsümə möhtəşəm qala-konsertlə yekun vurub.Teatrdan Azərtac-a məlumat verilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri təqdim edilib.Qala-konsertdə simfonik orkestri Xalq Artisti, professor Yalçın Adıgözəlov idarə edib. Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb.xeber100.com

İyun 22, 2017 2:34

Pantomima Teatrı təqdim edir…

Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşasını teatrsevərlərə təqdim edib.Azərtac xəbər verir ki, sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.Nümayiş olunan səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxılıb. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Bəxtiyar Xanızadəyə məxsusdur.Tamaşada rolları Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıblar.xeber100.com

İyun 20, 2017 12:04

Opera və Balet Teatrının məlumatı

Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim edilib.Teatrdan Azərtac-a məlumat verilib ki, səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti Dmitri Kuzmin dəvət olunub. Eyni zamanda, operada Violetta partiyasını ifa etmək üçün İnarə Babayeva da səhnəyə çıxıb.Bundan başqa, səhnə əsərində digər partiyaları Azərbaycan vokal sənətinin nümayəndələri Əli Əsgərov, Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova canlandırıblar.Opera ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə edilib.xeber100.com

İyun 20, 2017 12:00

Şuşa Teatrı 143-cü mövsümünə konsert proqramı ilə yekun vurub

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümə 15 iyun- Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan – Yurdum mənim” adlı konsert proqramı ilə yekun vurub.Teatrdan Azərtac-a bildirilib ki, konsert proqramında xalq və bəstəkar mahnıları səslənməklə yanaşı, teatrın repertuarında olan tamaşalardan səhnəciklər təqdim edilib.Eyni zamanda, Xalq Şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırlanmış eyniadlı musiqili ədəbi–bədii kompozisiyalar da nümayiş olunub.Bununla da sənət ocağının 143-cü mövsümünə yekun vurulub.xeber100.com

İyun 15, 2017 2:45

Akademik Milli Dram Teatrının səhnəsində…

İyunun 10-da Milli Dram Teatrının səhnəsində C.Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa təqdim ediləcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, ikihissəli tragikomediya Əməkdar Artist Firudin Məhərrəmovun quruluşunda hazırlanıb.Qeyd edək ki, 1920-ci ildə qələmə alınmış pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.xeber100.com

İyun 9, 2017 2:57

Musiqili Teatrın təqdimatında…

Musiqili Teatr növbəti layihəyə start verib.Teatrın mətbuat xidmətindən bildirilib ki, “3 gün sizinlə” adlanan layihədə teatrın tanınmış simaları öz sevimli tamaşaçılarının görüşünə gələcəklər. Bu dəfə isə Xalq Artisti İlham Namiq Kamal üç gün ardıcıl olaraq tamaşaçıların qarşısına çıxacaq. O, iyunun 16-da E.Sabitoğlu və C.Məmmədovun “www.ferzeli-kef.com” tamaşasında Fərzəli, 17-də Ü.Hacıbəylinin “Ər və arvad” komediyasında Mərcan bəy və 18-də R.Mirişli və M.Haqverdiyevin “Amerikalı kürəkən” əsərində isə Orxan obrazını canlandıracaq.Bu səhnə əsərlərində onun tərəf müqabilləri Xalq Artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərova, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Gülcahan Salamova, Ağaxan Şərifov, Hüseyn Əlili və başqaları olacaq.“3 gün sizinlə” layihəsinin növbəti iştirakçısı isə Əməkdar Artist Almaz Ələsgərovadır.xeber100.com

İyun 9, 2017 2:40

“Yuğ” Teatrı təqdim edir

İyunun 4-də “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşasını – “Metamorfoza” adlı səhnə əsərini təqdim edəcək. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.Teatrdan Azzərtac-a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.Qeyd edək ki, tamaşanın premyerası A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşacaq.xeber100.com

İyun 3, 2017 1:05

Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək

İyunun 12-də Bakıda ikinci Respublika Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək.Azərtac xəbər verir ki, Akademik Milli Dram Teatrında gerçəkləşəcək final mərasimində əvvəlcə xalq teatrlarının çıxışlarına münsiflər heyəti tərəfindən baxış keçiriləcək.İyunun 14-də isə Milli Dram Teatrında təşkil ediləcək bağlanış mərasimində festivalın qalibləri və müxtəlif nominasiyalar üzrə təltif olunan teatrlar mükafatlandırılacaq.Eyni zamanda, festival çərçivəsində sənət ocağında “Açıq qapı” günləri də tətbiq ediləcək.xeber100.com

İyun 3, 2017 12:53

Musiqili Teatr təqdim edir

İyunun 2-də Musiqili Teatrda “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşanın premyerası olacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib. Maraqlı hadisələrlə zəngin tamaşanın premyerası bir gündə iki dəfə baş tutacaq. Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatında rolunu dinamik və əyləncəli süjet xəttilə balaca tamaşaçılara çatdırmaqdır.xeber100.com  

İyun 1, 2017 4:06

Opera və Balet Teatrı iyun repertuarını təqdim edir

Opera və Balet Teatrının iyun repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın iyun repertuarını təqdim edir: 7 iyun - Üzeyir Hacıbəyli “Əsli və Kərəm” (ikipərdəli opera) 10 iyun - Jorj Bize “Karmen” (dördpərdəli opera) 11 iyun - Lüdviq Minku “Paxita” (balet), Frederik Şopen “Şopeniana” (balet) 14 iyun - Rudjero Leonkovallo “Payatsı” (ikipərdəli opera) 17 iyun - Qara Qarayev “Yeddi Gözəl” (ikipərdəli balet) 18 iyun - Cüzeppe Verdi “Taraviata” (dördpərdəli opera) 24 iyun - “Qala-balet” (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının solistlərinin iştirakı ilə).xeber100.com

May 31, 2017 11:32
    Page 16 of 37« First«...10...1415161718...30...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az