05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı təqdim edir

Martın 9-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Frederik Aştonun “Marqarita və Arman” baleti nümayiş etdiriləcək.Teatrın saytı xəbər verir ki, “Mariya-2” səhnəsində nümayiş olunacaq səhnə əsərində gənc balet artisti Timur Əsgərov Armanın partiyasını ifa edəcək. Baletin dünya premyerası 1963-cü il martın 12-də Londonda Kral Opera Teatrında olub. Səhnə əsəri Mariya Teatrında ilk dəfə 2014-cü il iyulun 8-də nümayiş etdirilib.xeber100.com

Mart 1, 2017 11:55

Milli Dram Teatrının məlumatına görə…

Nizami rayonundakı 328 nömrəli məktəbdə Akademik Milli Dram Teatrının aktyorları Xalq Artisti Nurəddin Mehdixanlı və Anar Heybətovla görüş keçirilib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görüşü giriş sözü ilə məktəbin direktoru Asif Nəbiyev açaraq teatrın cəmiyyətdəki və hər bir xalqın mədəni inkişafındakı rolundan danışıb.Məktəbin musiqi müəllimi Nailə Heydərovanın şagirdlərlə hazırladığı səhnəciklər qonaqların marağına səbəb olub.Sonra şagirdlərlə aktyorlar arasında maraqlı diskussiya baş tutub.Tədbirin təşkilatçısı, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnaz Eyvazlı təkliflərini qəbul etdikləri üçün qonaqlara təşəkkürünü bildirib.Məktəblilərin arzusu ilə Nurəddin Mehdixanlı müəllifi olduğu şeiri səsləndirib. 7-ci sinif şagirdi Səid Cümşüdov isə “Ölülər” əsərindən kefli İsgəndərin monoloqunu təqdim edib.xeber100.com

Fevral 28, 2017 12:40

“Açıq qapı” günü təşkil olunacaq

Fevralın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Açıq qapı” günü təşkil olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Açıq qapı” günü çərçivəsində sənət ocağının yaradıcı kollektivi yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında səhnələşdirilən “Xəcalət” tamaşasını təqdim edəcək.rejissor Bəhram Osmanovun quruluşunda hazırlanan tamaşada müharibənin yaratdığı faciələr bir ailənin timsalında verilib və qaçqınlığın bu gün dünyanı narahat edən qlobal problemə çevrilməsinə xüsusi diqqət yetirilib.xeber100.com

Fevral 25, 2017 2:21

Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub

Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş tamaşa nümayiş olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edir.xeber100.com

Fevral 24, 2017 12:39

Opera və Balet Teatrı təqdim edir

Martın 7-də Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, səhnə əsərində əsas partiyaları Belarusdan dəvət almış məşhur balet ulduzları - Yana Ştangeyi və bu ölkənin Xalq Artisti İqor Artamonov ifa edəcək.Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.xeber100.com

Fevral 24, 2017 11:45

Gənc Tamaşaçılar Teatrı mart repertuarını açıqlayıb

Gənc Tamaşaçılar Teatrı  mart ayının repertuarını təqdim edir. 4 mart - Ərəb xalq nağılı “Əlibaba və qırx quldur”, “Romeo və Culyetta” 5 mart - “Çəkməli pişik”, “Mehmanxana sahibəsi” 10 mart - “Sərgüzəşti Vəziri xani Lənkəran” 11 mart - “Dovşanın ad günü”, “Qohumlar” 12 mart - “Tülkü tülkü tünbəki”, “Hasarın o üzü” 18 mart - “Tıq-tıq xanım” 19 mart - “Qoğalın nağılı” 21 mart - “Uzuncorab Pippi” 22 mart - “Çirkin ördək balası” 23 mart - “Aycan” 25 mart - “Buratinonun macəraları”, “Şeyx Sənan” 26 mart - “Balaca və damda yaşayan Karlson”, “Leyli və Məcnun” 31 mart - “Ünvansız qatar” (premyera)xeber100.com

Fevral 23, 2017 12:08

Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı təqdim edir

Martın 3-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının Primorsk səhnəsində Adolf Adanın “Korsar” ikihissəli baleti nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinin quruluşçu xoreoqrafı və işıq üzrə rəssamı azərbaycanlı balet ustası Eldar Əliyevdir. Tamaşada Marius Petipanın (1818-1910) xoreoqrafik səhnələrindən istifadə edilib.xeber100.com

Fevral 23, 2017 11:59

Rus Dram Teatrı mart repertuarını təqdim edir

Rus Dram Teatrının mart repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.Azərtac teatrın mart ayı üçün repertuarını təqdim edir: 3 mart - “Artistin taleyi” 4 mart – “Ər arvadını atıb getdi” 5 mart – “Afina axşamları” 10 mart - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” 11 mart - “Məhəbbətlə zarafat etmirlər” 12 mart – “Senyor Todero-xuliqan” (premyera) 17 mart- “Yeddi gözəl” 18 mart - “Şəhrizadın daha bir gecəsi” 19 mart - “Xalam Bundu” 24 mart – Qastrol tamaşası, Tbilisi 25 mart – “Kazanova: sevgi dərsləri” 26 mart – “Əli və Nino” (premyera) Uşaqlar üçün: 4, 24 mart – “Nağılı tap-1!” 5, 25 mart – “Nağılı tap-2!” 11 mart - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 12, 23 mart - “Durnabalığının buyruğu ilə” 18 mart – “Güləbətin tikən qız və süpürgəçi” 19, 26 mart – “Nağılı tap-5!” 22 mart - “Gəlin, nağıla baxaq” Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com  

Fevral 19, 2017 12:42

Musiqili Teatrın məlumatına görə…

Musiqili Teatr daha bir beynəlxalq festivala dəvət olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, söhbət Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Hər il bir sıra ölkələrin nüfuzlu teatrlarının iştirak etdiyi bu festival mayın 2-dən 15-dək Trabzon şəhərində keçiriləcək. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.xeber100.com

Fevral 16, 2017 11:17

Gənc Tamaşaçılar Teatrı təqdim edir

Fevralın 19-da Gənc Tamaşaçılar Teatrının cari repertuarında olan “Hasarın o üzü” tamaşası 25-ci dəfə göstəriləcək.Teatrdan Azərtac-a bildirilib ki, bu səhnə əsəri yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı İsmayıl Məmmədov, bəstəkarı Səyavuş Kərimidir.Tamaşada rolları Xalq artistləri Həmidə Ömərova, Nurəddin Mehdixanlı və b. canlandıracaqlar.xeber100.com

Fevral 14, 2017 11:30
    Page 20 of 37« First«...10...1819202122...30...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az