05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Lənkəran Dövlət Dram Teatrı mövsümü başa vurub

Lənkəran Dövlət Dram Teatrı  özünün 125-ci mövsümünü başa vurub. Apa-nın cənub bürosunun  məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə teatrın direktoru Tofiq Heydərov, baş rejissoru Tural Mustafayev,  respublikanın xalq artisti Böyükxanım Əliyeva, əməkdar artistlər Təvəkkül Əliyev və Zemfira Nəcəfova çıxış edərək cari mövsümdə qazanılmış uğurlar və növbəti mövsümdə qarşıda duran vəzifələrdən söz açıblar. Daha sonra teatrın bir qrup əməkdaşı qazandığı nailiyyətlərə görə diplomlarla təltif olunub. Rəsmi hissədən sonra teatrın truppasının ifasında yazıçı-dramaturq Əli Əmirlinin “Köhnə ev” tamaşasına baxış olub. Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində ata və övladın qarşılıqlı münasibətlərindən bəhs edilir. Tamaşanın səhnə tərtibatı rəssam Məzaim Qurbanovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Rolları xalq artisti Qabil Quliyev, aktyorlardan Şahrud Mehdiyeva, Təranə Fərəcova, Sayad Əliyev və digərləri ifa ediblər.xeber100.com

İyul 19, 2016 10:15

Moskva Akademik Teatrının kollektivi Bakıya gələcək

Noyabrın 17-dən 20-dək V.Mayakovski adına Moskva Akademik Teatrının kollektivi Bakıda S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində çıxış edəcək. Azərtac Azərbaycan Dövlət Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, V.Mayakovski adına Moskva Akademik Teatrının qastrol səfəri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin “Bolşiye qastroli-2016” proqramı çərçivəsində reallaşacaq. Rusiyalı aktyorlar noyabrın 17-18-də N.Qoqolun “Evlənmə”, 19-20-da Maryus İvaşkyaviçyusun “Rus romanı” tamaşasını nümayiş etdirəcəklər.xeber100.com

İyul 18, 2016 9:59

Bakı Uşaq Teatrı mövsümü “Dovşanın evi” tamaşası ilə bağlayacaq

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrı mövsümü “Dovşanın evi” tamaşası ilə yekunlaşdıracaq. Teatrdan Azərtac-a bildirilib ki, tamaşa iyulun 15-də Q.Abbasov adına Mədəniyyət Sarayında nümayiş olunacaq. İntiqam və Arzu Soltanın qələmə aldığı pyes əsasında səhnələşdirilən tamaşa azyaşlı balalara yay töhfəsi olacaq. Səhnə əsərində rəsmlərin quruluşu Sevda Məmmədovaya, musiqi tərtibatı isə Rauf Hüseynliyə məxsusdur.xeber100.com

İyul 15, 2016 11:13

“Buzlar diyarı” tamaşasının premyera tarixi müəyyənləşib

Azərbaycan, Rusiya və Gürcüstan sənətçilərinin müştərək layihəsi çərçivəsində hazırlanan “Buzlar diyarı” tamaşasının premyeranın tarixi müəyyənləşib. Akademik Opera və Balet Teatrından Apa-ya verilən məlumata görə, Hans Kristian Andersenin nağılları əsasında hazırlanan tamaşa oktyabrın 22-də Akademik Opera və Balet Teatrının binasında Azərbaycan tamaşaçılarına təqdim olunacaq. Azərbaycan və rus dillərində  nümayiş olunacaq tamaşanın biletləri artıq şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində satışdadır. Biletləri yayda alanlar Elza, Anna, Kristoff, Şahzadə, Maral Sven, Qar adamı Olaff kimi qəhrəmanlarla selfi çəkdirmək imkanı qazanacaq.xeber100.com

İyul 14, 2016 10:45

Şuşa Teatrı 142–ci mövsümü “Solğun çiçəklər”lə bağlayacaq

İyulun 12–də Şuşa Dövlət Musiqili Dram Teatrı “Azərsun Holdinq” Mədəniyyət Mərkəzində 142–ci teatr mövsümünə, görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Solğun çiçəklər” tamaşası ilə yekun vuracaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Azad Məmmədovdur. Tamaşada əsas rolları Əməkdar Artist Rasəf Mehdiyev, aktyorlar Dürdanə Dünyamalıyeva, Xanirə İsgəndərova, Vüsalə Məmmədzadə və Zahid Mehdiyev canlandıracaqlar.xeber100.com

İyul 9, 2016 4:18

Musiqili Teatr mövsümü “Baladadaşın toy hamamı” tamaşası ilə bağlayacaq

Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 16-da “Baladadaşın toy hamamı” tamaşası ilə mövsümə yekun vuracaq. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun Apa-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.  Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Aydan Həsənova, Gültac və Hüseyn Əlililər, Elçin İmanov, Şaban Cəfərov, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə və Rahib Məmmədzadə ifa edirlər.xeber100.com

İyul 8, 2016 3:35

Milli Teatr mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vuracaq

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında mövsümə “Qarabağnamə” tamaşası ilə yekun vurulacaq. Teatrın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları xalq artistləri Rafiq Əzimov, Firəngiz Mütəllimova, Hacı İsmayılov, Ramiz Məlik, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Aslan Şirin, aktyorlar Şəhla Əliqızı, Rövşən Kərimduxt, Anar Heybətov, Sərdar Rüstəmov, Əminə Babayeva, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Elnur Qədirov, Rada Nəsibova, Günel İmanova ifa edirlər. Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

İyul 8, 2016 3:29

Sumqayıt Dövlət Dram Teatrında yenidənqurma işləri aparılır

Ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmış Sumqayıt Dövlət Dram Teatrında son dövrlər təmirə ehtiyac yarandığından binada teatrsevərlərə keyfiyyətli tamaşalar təqdim etmək mümkün olmurdu. Azərtac xəbər verir ki, hazırda teatrda təmir və yenidənqurma işləri yüksək zövqlə və keyfiyyətlə aparılır. Teatrın 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqla təchiz olunur, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulur. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenilənəcək. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilir. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Sənət ocağının köhnə parket döşəməsi sökülərək monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binanın fasadı əvvəlki görünüşünü saxlamaqla üzlük daşlarla üzlənir. Sumqayıt teatrının binası özünəməxsus memarlıq üslubu ilə fərqlənir.xeber100.com

İyul 8, 2016 9:00

Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsərinin təqdimatı olacaq

İyulun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni səhnə əsəri-“Qohumlar”ın təqdimatı olunacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşa Kalmık Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar İncəsənət Xadimi Boris Mandjiyevin quruluşunda səhnələşdirilib. Ötən ay premyerası baş tutan “Qohumlar” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və B.Basanqov adına Kalmıkiya Milli Dram Teatrı rəhbərlərinin imzaladığı qarşılıqlı yaradıcılıq müqaviləsinə əsasən hazırlanıb. İki hissəli müzikl janrlı tamaşada rolları Əməkdar artistlər Şövqi Hüseynov, Naibə Allahverdiyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Atabala Səfərov, aktyorlar Mehriban Hüseynova, Könül Əbilova, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova və Zümrüd Quliyeva ifa edəcəklər.xeber100.com

İyul 5, 2016 9:17

Gənc Tamaşaçılar Teatrı 88-ci mövsümə yekun vurmağa hazırlaşır

Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti artıq bir neçə gündür ki, respublikamızın bölgələrində qastrol səfərindədir. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, V.Siqarevin “Şeytan ailəsi” əsəri əsasında hazırlanmış “Ağ ölüm” tamaşası ötən gün Yardımlı və Lənkəranda uğurla nümayiş etdirilib. Rayon ictimaiyyəti tərəfindən maraqla qarşılanan tamaşa hazırda Lerik rayonunda nümayiş olunur. Həmçinin, sözü gedən tamaşanın bu gün Astarada da nümayişi nəzərdə tutulur. Bununla da teatr özünün 88-ci mövsümünə yekun vuracaq. Bölgələrdə yaşayan əhalinin asudə vaxtının səmərəli keçirilməsi, gənclərin və məktəblilərin mənəvi estetik tərbiyəsinin formalaşdırılması məqsədilə nümayiş etdiriləcək tamaşada əsas rolları Əməkdar Artist Nübar Novruzova, aktyorlar Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev ifa edəcəklər.xeber100.com

İyul 2, 2016 2:03
    Page 33 of 37« First«...1020...3132333435...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az