“The Daily Caller” qəzeti yazır…

ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun gələn həftə Cənubi Qafqaza edəcəyi səfər fonunda Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı məqalə ABŞ-da geniş oxucu kütləsinə malik, xüsusilə siyasi dairələrdə daim izlənilən “The Daily Caller” qəzetində dərc olunub.Baş konsulluqdan Azərtac-a bildiriblər ki, “Dağlıq Qarabağda davamlı sülhə ümid varmı?” başlıqlı məqalədə C.Boltonun gələn həftə Cənubi Qafqaza səfəri çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə ediləcək əsas məsələlərdən biri olduğunu yazan baş konsul sözügedən münaqişənin regionda sülhə və sabitliyə əsas təhlükə olmaqda davam etdiyini vurğulayır.N.Ağayev Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında ətraflı məlumat verərək, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləməyə dair konkret faktları diqqətə çatdırır və bu münaqişənin postsovet məkanında ən təhlükəli münaqişə olduğunu bildirir. Müqayisə üçün N.Ağayev qeyd edir ki, işğal olunmuş ərazilərimizin sahəsi Los-Anceles şəhərinin ərazisindən 13 dəfə böyükdür və ya ABŞ-ın Konnektikut ştatının ərazisinə bərabərdir.Diplomat davamlı sülhün əldə edilməsi üçün Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən əl çəkməli və konstruktiv şəkildə danışıqlarda iştirak etməli olduğunu bildirir.Sonda Nəsimi Ağayev ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün və anlaşmanın əldə edilməsi istiqamətində səylərini artıracağına ümidvar olduğunu qeyd edir.xeber100.com

Oktyabr 19, 2018 2:14

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür

Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.Azərtac xəbər verir ki, 27 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxladı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.Müstəqilliyinin ilk illərində özünün ağır günlərini yaşayan Azərbaycan xalqı qətiyyətli iradə nümayiş etdirərək gələcək taleyinə sahib çıxmağı bacardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi - “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.xeber100.com

Oktyabr 18, 2018 1:11