Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib

Aprelin 20-də Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib.Azərtac xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova gündəliyə daxil olan məsələlər barədə məlumat verib.Əvvəlcə iclasda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman) illik məruzəsi haqqında müzakirələr aparılıb.Bildirilib ki, “Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında” 2017-ci il üzrə illik məruzədə müvəkkilin Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.Daha sonra “Kütləvi informasiya vasitələri haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxılıb.Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.xeber100.com

Aprel 20, 2018 11:28

Atəşkəs rejimi 102 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 102 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Abdinli, Novruzlu, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qərvənd, Qaraxanbəyli və Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Aprel 19, 2018 3:28

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 76 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Aşağı Əskipara, Məzəm, Qızılhacılı, Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Aprel 16, 2018 3:34

Mərkəzi Seçki Komissiyasının məlumatı əsasında…

"Prezident seçkilərini 61 təşkilat və 59 dövlətdən 894 beynəlxalq müşahidəçi, 58 min 175 yerli müşahidəçi izləyib. Bu, seçkilərə yüksək marağın olmasını təsdiqləyib".Apa-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclasında MSK sədri Məzahir Pənahov bildirib.MSK sədri deyib ki, müşahidəçilər MSK-nın seçkiləri hazırlayıb keçirilməsini yüksək dəyərləndirib: "Prezident seçkilərində 1000 məntəqədə veb-kameralar quraşdırılmışdı, görüntülər fasiləsiz verildi. Bu da seçkilərin şəffaflığın təmin olunması ilə bağlı idi. MSK işinin öhdəsindən layiqincə gəldi. Seçkilərdə ikisi beynəlxalq təşkilatlarla birgə olmaqla, 4 təşkilat tərəfindən "exit-poll" keçirildi. Həm şəhərlərdə, həm də kəndlərdə tək səhər deyil, hətta günortadan sonra seçicilər növbədə dayanmışdı. Bunu müşahidəçilər də xüsusi qeyd edirdilər. Nəticədə seçkilərdə 74 faizdən artıq seçici fəallığı qeydə alındı".MSK sədri ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT DTİHB), ATƏT Parlament Assambleyası (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezident seçkiləri ilə bağlı ilkin faktlar və nəticələr haqqında bəyanatına da münasibət bildirib: "Biz münasibətimizi həm yazılı şəkildə, həm də görüşlərdə kəskin şəkildə bildirmişik. Demişik ki, Azərbaycan Avropanın ən yüksək inkişaf etmiş ölkələrindən biridir. Azərbaycanda insanlar gördüklərini vizual şəkildə yerləşdirirlər. Bu, bizə xoş gəlməsə də, dünyaya nümunə olacaq bir haldır. Onların bizi təqdim etdiyi səviyyəni dünya qəbul etmir, sivil dünya bizi yüksək səviyyədə qəbul edir. Seçkilərdə xoşagəlməz addımlar atmaq istəyən insanlar da ola bilər”.xeber100.com

Aprel 15, 2018 4:02