Avropa Şurası Parlament Assambleyasının hesabatında

ATƏT-in Parlament Assambleyasının, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və Avropa Şurası Parlament Assambleyasının aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı qərəzli hesabatı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Çünki ikili standartlara əsaslanan bu hesabat xalqımızın siyasi iradəsinə hörmətsizlikdir. Biz adları çəkilən təşkilatlardan bu dərəcədə riyakarlıq gözləmirdik. Dünyanın hər bir ölkəsində keçirilən seçkilərdə çox cüzi də olsa çatışmazlıqlar ola bilər. Lakin həmin çatışmazlıqların seçkilərin nəticələrinə heç bir təsir göstərməyəcəyini bilə-bilə bunu bu qədər şişirtmək yanlışdır. Bütün bunların arxasında nələrin durduğu bizi düşünməyə vadar edir.Bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.Çingiz Qənizadə bildirib ki, ATƏT-in dünənki açıqlaması əvvəlcədən hazırlanmış bir layihə idi. Onlar sadəcə hazır kağızı oxumağa başladılar. Mən dərhal söhbətin heç də Azərbaycanda keçirilən seçkilərdən deyil, başqa məsələlərdən getdiyinin fərqinə vardım. Azərbaycanın Dağlıq Qarabağ kimi böyük bir problemi var və ATƏT-in Minsk qrupu bu məsələni nizamlamağa çalışır. Belə bir vəziyyətdə bu problemi görməzdən gəlib ermənilərin yanında olmaq, seçkilərdən də təzyiq vasitəsi kimi istifadə edərək Azərbaycanı nüfuzdan salmağa çalışmaq və bu məqsədlə qərəzli açıqlama yaymaq yolverilməzdir.xeber100.com

Aprel 13, 2018 1:56

Birləşmiş Ərəb Əmirliklərinin mətbuatı yazır…

Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri mətbuatında dərc edilmiş silsilə məqalələrin davamı olaraq ölkənin nüfuzlu ərəbdilli “Əl-Fəcr” qəzetində “Seçkilər şəffaf və demokratik şəraitdə keçirilib. Azərbaycanlılar seçkilərə İlham Əliyevin daxili və xarici siyasət sahəsindəki uğurlarına ümumxalq səsverməsi kimi baxırlar” sərlövhəli yeni məqalə dərc olunub.Azərtac xəbər verir ki, seçkiləri müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan qəzetin baş redaktoru Şərif Bassel seçkilərin şəffaf və demokratik şəraitdə keçirildiyini, Azərbaycan xalqının 8 namizəd arasından ən layiqlisini seçdiyini, xalqın ölkənin gələcəyinə səs verdiyini bildirib. O, bir neçə seçki məntəqəsində monitorinq apardıqlarını diqqətə çatdıraraq, seçicilərin tam şəffaf şəraitdə səs verdiyini və müsahibə aldığı seçicilərin böyük əksəriyyətinin məhz hakim partiyanın namizədi İlham Əliyevə səs verdiyini bildirib, onların İlham Əliyevin ölkədə apardığı islahatlardan və yürütdüyü daxili və xarici siyasətdən razı qaldıqlarını vurğulayıb.Müəllif yazır ki, İlham Əliyevə səs verən 70 yaşlı Heydər İsmayılov adlı seçici onun ölkədə sabitliyi qoruyub saxlayan, davamlı inkişafa aparan yeganə namizəd olduğunu bildirib. O, 25 il əvvəl sabitlik və təhlükəsizlik bilməyən Azərbaycanın hazırda tam təhlükəsizlik şəraitində yaşadığını, həyatın müxtəlif sahələrində mühüm nailiyyətlər əldə etdiyini və regionun qabaqcıl ölkəsinə çevrildiyini, bütün bunların məhz İlham Əliyevin apardığı siyasət nəticəsində baş verdiyini vurğulayır.xeber100.com

Aprel 13, 2018 1:53

Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

Aprelin 12-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.Azərtac xəbər verir ki, Məzahir Pənahov 125 seçki dairəsi üzrə 5 min 641 məntəqənin hamısından məlumatların MSK-nın İnformasiya Mərkəzinə daxil olduğunu söyləyib. O, seçicilərin səsvermədə iştirak fəallığının 74,30 faiz olduğunu deyib.SK sədri qeyd edib ki, seçki qutularından çıxarılmış seçki bülletenlərinin sayı 3 milyon 962 min 96, etibarsız hesab edilmiş səslərin sayı 12 min 490 (0,32 faiz), etibarlı hesab edilmiş səslərin sayı isə 3 milyon 949 min 606-dır (99,68 faiz). Etibarlı hesab edilən səslər prezidentliyə namizədlər arasında aşağıdakı kimi bölünüb: Əliyev İlham Heydər oğlu – 3 milyon 397 min 664 səs (86,03 faiz); Əlizadə Araz Məmməd-Mübariz oğlu – 54 min 603 səs (1,38 faiz); Hacıyev Hafiz Ələmdar oğlu – 59 min 977 səs (1,52 faiz); Həsənquliyev Qüdrət Müzəffər oğlu – 119 min 390 səs (3,02 faiz); Quliyev Fərəc İbrahim oğlu – 46 min 10 səs (1,17 faiz); Məmmədov Sərdar Cəlal oğlu – 119 min 674 səs (3,03 faiz); Nurullayev Razi Qulaməli oğlu – 29 min 282 səs (0,74 faiz); Oruc Zahid Məhərrəm oğlu – 123 min 6 səs (3,11 faiz). Bu, ilkin nəticələrdir. Bu gündən artıq MSK-ya dairə seçki komissiyalarının rəsmi protokolları daxil olmağa başlayıb. Bu protokollar qəbul ediləcək, sənədlər araşdırılacaq, qanunvericiliyin tələbinə uyğun olaraq səsvermənin yekun protokolu hazırlanacaq, qərar qəbul ediləcək və bütün sənədlər Konstitusiya Məhkəməsinə göndəriləcək.Məzahir Pənahov qeyd edib ki, səsvermə qanunauyğun keçirildi. Seçkiləri izləyən çoxlu sayda beynəlxalq və yerli müşahidəçi bütün bölgələrdə məntəqələrdə müşahidələr aparıb və nəticələri kütləvi informasiya vasitələrinə açıqlayıb. Bütün müşahidəçilərin seçki prosesi ilə bağlı fikirləri müsbətdir. Hətta kifayət qədər nüfuzlu beynəlxalq qurumlar seçkilərə hazırlığı və prosesin özünü nümunəvi təşkil olunmuş proses kimi qiymətləndiriblər. Müşahidəçilər, yerli və beynəlxalq KİV-lər hansısa pozuntu faktları ilə rastlaşmadıqlarını bildiriblər. Bu seçkilər Azərbaycanın həyatında tarixi bir hadisəyə çevrildi. Bu günlərdə artıq rəsmi protokolların qəbul olunması prosesi başa çatdırılacaq və Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri ictimaiyyətə açıqlayacaq.xeber100.com

Aprel 12, 2018 3:29