Atəşkəs rejimi 90 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı və Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam kəndində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altındakı Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com

Mart 16, 2018 5:04

Altıncı Qlobal Bakı Forumu çərçivəsində

Altıncı Qlobal Bakı Forumunun ikinci iş günündə “Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” mövzusunda panel iclası keçirilib.Azərtac xəbər verir ki, panel iclasının moderatoru Ərəb Dövlətləri Liqasının keçmiş baş katibi, Misirin sabiq xarici işlər naziri Əmir Musa mövzunun xüsusi aktuallıq kəsb etdiyini söyləyərək əsrin sülh modelinin düşünülməli, boşluqların doldurulmalı olduğunu vurğulayıb.Livanın sabiq Baş naziri Fuad Siniora bildirib ki, dünyada ədalətin bərpa olunması sülhə, inklüzivliyə gətirib çıxara bilər. Dünya çağırışlara cavab verməlidir.Rusiyanın Baş nazirinin sabiq müavini Gennadi Burbulis dünyada baş verən proseslərə diqqəti cəlb edib. O, insan hüquqlarının qorunmasının ən vacib məsələlərdən biri olduğunu söyləyib.İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlu Qlobal Bakı Forumunun problemlərin həlli istiqamətində atılacaq addımlara böyük töhfə verəcəyini söyləyib. O deyib ki, Bakı Forumu dünyada mövcud olan boşluqların aradan qaldırılması istiqamətində səmərəli müzakirələrin aparılması üçün mühüm platformadır.Suriya məsələsində dünya dövlətlərini ədalətli olmağa çağıran Əhməd Yıldız bu gün Türkiyədə 3,5 milyon suriyalı qaçqının olduğunu vurğulayıb.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Sovet İttifaqı dağıldıqdan sonra dünyada mühüm dəyişikliklər baş verib. Bu dəyişikliklər hansısa formada ölkəmizə də təsir edib. Nazir qeyd edib ki, Azərbaycanın bir hissəsi işğal olunub, bir milyondan çox qaçqın, köçkün problemi yaranıb. Xalqımız etnik təmizləməyə məruz qalıb. BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə işğalçı qüvvələrin Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr indiyədək yerinə yetirilməyib. İyirmi beş ildir ki, vəziyyət olduğu kimi qalıb.Panel iclası işini müzakirələrlə davam etdirib.xeber100.com

Mart 16, 2018 4:59