Atəşkəs rejimi 131 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 131 dəfə pozub.Apa-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu, Qaralar kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 11, 2018 9:47

Prezident seçkiləri ilə əlaqədar müşavirə keçirilib

Fevralın 10-da Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.Apa-nın YAP-ın saytına istinadən verdiyi xəbərə görə, baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov müşavirənin aprelin 11-də ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib.Prezident İlham Əliyevin bu barədə sərəncam imzaladığını xatırladan Əli Əhmədov artıq Yeni Azərbaycan Partiyasının seçkilərdə prezidentliyə namizədini irəli sürdüyünü diqqətə çatdırıb: “Hesab edirəm ki, partiyamızın Qurultayının qərarı Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərardır. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçib, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişib. Eləcə də, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib, nüfuzu daha da artıb. YAP bu reallıqlar fonunda seçkilərə gedir. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəldib”.YAP Sədrinin müavini qeyd edib ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi Azərbaycanın növbəti 7 il ərzində inkişafının dəstəklənməsi deməkdir.Müşavirədə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar YAP-ın yerli strukturlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.xeber100.com

Fevral 10, 2018 6:22

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Nəmirli, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Abdinli, Qaraqaşlı, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 9, 2018 3:56

Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələr məqsədilə AFR-ə səfər edib.Xarici İşlər Nazirliyindən Azərtac-a bildirilib ki, nazir müavini Xələf Xələfov ikitərəfli siyasi məsləhətləşmələrin davamı olaraq AFR XİN-in Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi tapşırıqlar səfiri Andreas Peşkenin (Andreas Peschke) rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.Görüşdə AFR XİN nümayəndəsi iki ölkə arasında əlaqələrin artmasının ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı göstərici olduğunu, bu tendensiyanın alman tərəfini məmnun etdiyini bildirib. Nazir müavini Xələf Xələfov iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun münasibətlərimizin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb. Görüş zamanı əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edilib və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb. Tərəflər yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini qeyd ediblər.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib və bu münaqişənin regional təhlükəsizlik və sabitlik üçün təhdid olduğu vurğulanıb. Nazir müavini sözügedən münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib. Görüş çərçivəsində həmçinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Avropa Şurası çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlıq, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq məsələlər müzakirə olunub.xeber100.com

Fevral 7, 2018 2:36