Atəşkəs rejimi 126 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 126 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Berkaber, Vazaşen, Noyemberyan rayonunun Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 13, 2017 12:45

Hərbi hissələrdə əsgərlərin andiçmə mərasimi keçirilib

Noyabrın 12-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrinin ərazilərində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.Andiçmə mərasimlərində şəhid ailələrinin üzvləri, hərbi hissələrin komandanlığı, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.Təntənəli mərasimdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.Rəsmi mərasim başa çatdıqdan sonra şəxsi heyət üçün konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.xeber100.com

Noyabr 12, 2017 7:06

Beynəlxalq konfrans keçirilib

Səmərqənddə BMT-nin himayəsi altında Mərkəzi Asiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı məsələlərinə həsr edilən “Mərkəzi Asiya: Vahid keçmiş, ümumi gələcək, sabit inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.Azərtac xəbər verir ki, tədbirdə 20-dən artıq ölkənin nümayəndələri, o cümlədən region ölkələrinin xarici işlər nazirləri, BMT, Avropa İttifaqı, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB və digər təşkilatların yüksək səviyyəli təmsilçiləri, ekspertlər iştirak ediblər.Konfransda ölkəmizi Milli Məclisin deputatı Elman Nəsirov və politoloq İlqar Vəlizadə təmsil edib.Özbəkistan Prezidenti Şavkat Mirziyayev tədbirdə çıxış edib.Konfransda iki gün ərzində regionun inkişafı təhlükəsizliyi ilə bağlı aktual məsələlərə həsr edilən 70 çıxış dinlənilib, problemlərin səmərəli həlli yolları göstərilib.Tədbirdə Orta Asiya dövlətləri arasında siyasi, ticari-iqtisadi, ekologiya, mədəni-humanitar, investisiya, nəqliyyat-kommunikasiya, su-energetika və digər sahələrdə əməkdaşlığın konkret istiqamətləri müzakirə edilib. Regionda sülhün və sabitliyin möhkəmlənməsi, Mərkəzi Asiya dövlətləri arasında dialoqun və əməkdaşlığın genişlənməsi, region dövlətləri və beynəlxalq təşkilatlar arasında tərəfdaşlığın fəallaşması istiqamətində mühüm təşəbbüslər irəli sürülüb.Tədbirin sonunda kommunike qəbul olunub.Konfrans iştirakçıları Səmərqəndin qədim abidələrinə baxıblar.xeber100.com

Noyabr 11, 2017 10:31

Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan və İcevan rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı, Cəfərli, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Çinari, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Nəmirli, Şıxlar, Cəvahirli, Sarıcalı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Noyabr 10, 2017 2:57

Anlaşma Memorandumu imzalanıb

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Vorkene Qebeyehu ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, görüş zamanı nazirlər “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair Anlaşma Memorandumu”nu imzalayıblar.Görüşdə Azərbaycanla Efiopiya arasında münasibətlərin inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli səfərlərin ikitərəfli əməkdaşlığa mühüm töhfə verdiyi vurğulanıb. Bu xüsusda, Vorkene Qebeyehu Elmar Məmmədyarovun Efiopiyaya səfərini yüksək qiymətləndirib və iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının əhəmiyyətinə toxunub.Elmar Məmmədyarov Vorkene Qebeyehunu Azərbaycana rəsmi səfərə dəvət edib. Efiopiyalı nazir dəvəti məmnuniyyətlə qəbul edib.Nazirlər iki ölkə arasında münasibətlərin hazırkı vəziyyətinə və gündəlikdə duran məsələlərə nəzər salıblar. Eyni zamanda, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin zəruriliyini vurğulayıblar.Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi qeyd edilib və iki ölkənin beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə oxşar mövqedən çıxış etdiyi bildirilib.Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsinə nəzər salıblar. Ticarət əlaqələrinin təşviqi və biznes dairələri arasında birbaşa təmasların qurulması üçün Azərbaycan iş adamlarından ibarət nümayəndə heyətinin Efiopiyaya səfərinin təşkil olunması və birgə biznes-forumların keçirilməsinə dair razılığa gəlinib.xeber100.com

Noyabr 10, 2017 2:50