02 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

İspaniya Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin məlumatı

Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyi məlumat yayıb. Bu barədə Azərtac-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Məlumatda deyilir: “İspaniya hökuməti bu gün Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edir. İyirmi beş il ərzində hökumətlər arasında mütəmadi yüksək səviyyəli əlaqələr, təhsil, sənaye, kənd təsərrüfatı və dəniz nəqliyyatı kimi sahələrdə təcrübə və əməkdaşlıq mübadiləsi ilə birlikdə diplomatik əlaqələrimizin uğurlu inkişafından İspaniya hökuməti məmnunluğunu bildirir. İspaniya hökuməti xalqlarımızı daha da yaxınlaşdırmaq məqsədilə ikitərəfli qaydada və eləcə də beynəlxalq institutlar vasitəsilə, xüsusilə Avropa Qonşuluq Siyasəti çərçivəsində hər iki ölkəni birləşdirən əlaqələrin dərinləşdirilməsinin davam etdirilməsini arzulayır.İspaniya hökuməti ikitərəfli münasibətlərimiz üçün əlamətdar olan bu hadisə münasibətilə dost Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləklərini çatdırır”.xeber100.com

Fevral 11, 2017 8:39

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 36 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Nəmirli, Mərzili, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com  

Fevral 10, 2017 2:08

“AMAN-17” təlimi başlayıb

Fevralın 10-da Pakistan İslam Respublikasının Kəraçi şəhərində “AMAN-17” təlimi başlayıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi təlimdə müşahidəçi qismində iştirak edir.Təlim fevralın 14-dək davam edəcək.xeber100.com

Fevral 10, 2017 2:02

Azərbaycan-Fransa əməkdaşlığı…

Xarici işlər naziri E.Məmmədyarov Fransa Respublikasının Baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə Dövlət katibi Jean-Vincent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, görüşdə Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edilib. Bakıda yenicə açılmış Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.xeber100.com

Fevral 9, 2017 3:34

Müdafiə Nazirliyinin məlumatına görə…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan və 122 millimetrlik haubitsalardan da istifadə edərək sutka ərzində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, Berd rayonunun Ayqepar kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli, Qazax rayonunun Qaymaqlı kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Yusifcanlı, Sarıcalı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Fevral 8, 2017 1:53

İkitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq

Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze fevralın 12-də Azərbaycana səfər edəcək.İki gün davam edəcək səfər çərçivəsində gürcüstanlı nazirin azərbaycanlı həmkarı Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.Görüşlərdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq, dünyada və regionda baş verən proseslər barədə fikir mübadiləsi aparılacaq.Xarici işlər nazirlərinin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.xeber100.com

Fevral 8, 2017 1:47

Avropa Şurası Parlament Assambleyasının iclası keçiriləcək

Bakıda Avropa Şurasının Parlament Assambleyasının miqrasiya, qaçqın və məcburi köçkünlər üzrə komitəsinin iclası keçiriləcək.Azərtac AŞPA-nın saytına istinadla xəbər verir ki, martın 15-16-da Milli Məclisdə keçiriləcək iclasda bir sıra məsələlərə dair hesabatlar dinləniləcək.xeber100.com

Fevral 8, 2017 1:42

Atəşkəs rejimi ümumilikdə 34 dəfə pozulub

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Fevral 6, 2017 1:54

Xarici İşlər Nazirliyinin məlumatına görə…

Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması və bu istiqamətdə danışıqların aparılması üçün tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılıb və yaxın vaxtlarda danışıqlara başlanılacaq.Bu barədə Azərtac-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.Xatırladaq ki, 2016-cı ilin noyabrın 14-də Avropa İttifaqı Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqeriniyə mandat verilmişdi.xeber100.com

Fevral 6, 2017 1:51

Növbəti monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 7-də Füzuli rayonu ərazisində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Piter Şvedberq keçirəcəklər.Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Jiri Aberle və Saymon Tiller aparacaqlar.xeber100.com

Fevral 6, 2017 11:52
    Page 216 of 271« First«...102030...214215216217218...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az