02 May 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.Döyüş minalarından istifadə edilməklə keçirilən məşqlərdə şəxsi heyət bölmələrin döyüş və səfər düzülüşü, hədəflərin aşkarlanaraq təyin edilməsi, atış yerinin seçilməsi, mövqeyin dəyişdirilməsi və xüsusi hazırlıq üzrə normativləri icra edir.xeber100.com

Yanvar 17, 2017 1:42

Sergey Lavrov: “Dağlıq Qarabağın statusu müəyyən edilməlidir”

“Rusiya Federasiyası və ATƏT-in vasitəçiliyi ilə atəşkəs yarandıqdan sonra işğal altındakı ərazilərin azad edilməsi haqqında tələb qüvvədə qalır. Bu zaman heç bir halda zor işlədilməməli və Dağlıq Qarabağın qəti statusu müəyyən edilməlidir”. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunlarına dair mətbuat konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə sualı cavablandırarkən söyləyib.Rusiyalı nazir vurğulayıb ki, 2016-cı ilin aprel ayının qanlı hadisələri olduqca dərin narahatlıq doğurur. Həmin vaxt qan tökülməsini dayandırmaq üçün Rusiya həlledici rol oynayıb. S.Lavrovun sözlərinə görə, insidentlərin araşdırılması mexanizmini yaratmaq, bilavasitə təmas xəttində ATƏT-in müşahidəçilərinin sayını artırmaq lazımdır. Nazir fikrini belə tamamlayıb: “Nə qədər ki, ATƏT-də konsensus yoxdur, bütün bunları həyata keçirmək mümkün deyil”.xeber100.com

Yanvar 17, 2017 1:38

“The Korea Times” qəzeti yazır…

“The Korea Times” qəzetində 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Seuldakı səfiri Rəmzi Teymurov ilə müsahibə əsasında hazırlanan məqalə dərc olunub.“Bakı faciəvi tarixini Seul ilə bölüşür” adlı məqalədə iki ölkənin tarixi oxşarlığı ilə bağlı sualı cavablandıran səfir R.Teymurov hər iki ölkənin çoxsaylı işğallara və hücumlara məruz qalmalarına baxmayaraq, bu gün yerləşdikləri regionun lider ölkələrinə çevrildiklərini diqqətə çatdırıb. Səfir əksər koreyalıların Azərbaycanı yalnız neft və qaz ölkəsi kimi tanıdığını, lakin çox az sayda koreyalının Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklər və daha sonra əldə etdiyi nailiyyətləri barədə məlumatlı olduğunu bildirib. O, 20 Yanvar faciəsi ilə bağlı keçirilən tədbirlərin və mətbuatda dərc olunan məqalələrin Azərbaycan haqqında daha ətraflı məlumatın Koreya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadığını deyib. Qeyd edək ki, məqalədə 2017-ci ilin Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyi və bu çərçivədə səfirlik tərəfindən bir sıra siyasi və mədəni tədbirlərin keçirilməsinin planlaşdırıldığı qeyd olunub.xeber100.com

Yanvar 17, 2017 1:16

Müdafiə Nazirliyinin məlumatı…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 42 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistanın Berd rayonunun Ayqepar, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Yanvar 16, 2017 12:00

Müdafiə Nazirliyinin məlumatına görə…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 22 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Azatamut, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Cəfərli, Qızılhacılı və Balacəfərli kəndlərində, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Yanvar 15, 2017 12:42

Müdafiə Nazirləri Şurasının yaradılmasının 25 illiyi qeyd ediləcək

2017-ci ildə MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının (MNŞ) yaradılmasının 25 illiyi qeyd ediləcək.Birliyin Minskdəki qərargahının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, MDB MNŞ-nin “MDB üzvü olan dövlətlərin Müdafiə Nazirləri Şurasının yaradılmasının 25 illiyinə həsr edilmiş birgə tədbirlər haqqında” 30 noyabr 2016-cı il tarixli Qərarına müvafiq olaraq, Birlik dövlətlərinin silahlı qüvvələri haqqında ən yaxşı jurnalist əsəri üçün beynəlxalq müsabiqə keçirilir.Müsabiqədə iştirak etmək istəyən jurnalistlər 2017-ci il martın 1-nə qədər mətbuatda dərc olunmuş, televiziya və radio vasitəsilə yayımlanmış, internetdə yerləşdirilmiş məqalələri, müsahibələri, reportajları, oçerkləri və başqa janrlara aid materialları təqdim edə bilərlər.xeber100.com

Yanvar 15, 2017 12:33

“Azərbaycan-Türkiyə münasibətlərinin 25 illiyi”…

Türkiyənin “Milliyyət” qəzeti Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun “Azərbaycan-Türkiyə münasibətlərinin 25 illiyi” sərlövhəli məqaləsini yayıb.Azərbaycan və Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunan məqalədə bütün sahələr üzrə yüksələn xətlə inkişaf edən münasibətlərin ayrı-ayrı istiqamətləri təhlil olunub.Azərbaycanın dövlət müstəqilliyinin qardaş Türkiyə tərəfindən tanınmasından və diplomatik münasibətlərin bərpa olunmasından ötən dövr ərzində iki ölkə arasında baş verən proseslərə nəzər salan müəllif yazır ki, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətindən əldə olunan bəhrələr hesabına Azərbaycan və Türkiyə üçün xüsusi əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələrinin reallaşması üçün tarixi şərait yaradılıb.xeber100.com

Yanvar 15, 2017 11:38

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini, ümumilikdə, 38 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Ağbulaq, Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Yanvar 14, 2017 3:15

Atəşkəs rejimi 35 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, İcevan rayonunun Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Cəfərli kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Yanvar 12, 2017 2:16

Əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarın 11-də Minskdə Belarusun xarici işlər naziri Vladimir Makey Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşüb. Azərtac Belarus XİN-in rəsmi saytına istinadla bildirir ki, görüşdə səfir öz etimadnamələrinin surətlərini təqdim edib.Görüşdə Belarus ilə Azərbaycan arasında siyasi və iqtisadi qarşılıqlı əlaqələrin bütün spektri müzakirə edilib.Əməkdaşlığın perspektivli istiqamətləri barədə fikir mübadiləsi aparılıb. O cümlədən, istehsal və elmi-texniki kooperasiya, kənd təsərrüfatı, səhiyyə və idman sahələrində uzunmüddətli müştərək layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.xeber100.com

Yanvar 12, 2017 2:10
    Page 220 of 271« First«...102030...218219220221222...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az