13 Mart 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Müdafiə Nazirliyinin məlumatı…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 44 dəfə pozub.Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 7, 2016 3:02

Növbəti monitorinqin keçirilməsi planlaşdırılır

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 8-də Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və Saymon Tiller keçirəcəklər.xeber100.com

Dekabr 7, 2016 2:58

“Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları” mövzusunda konfrans keçirilir

Bu gün İdarəçilik Akademiyasında “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransda iştirak edir.ABŞ-ın aparıcı ali məktəblərinin 45 tələbə və doktorantının, Amerika-İsrail akademik təşkilatının – KIVUNIM-ın nümayəndələrinin iştirakı ilə keçirilən konfransı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi təşkil ediblər.xeber100.com

Dekabr 7, 2016 2:55

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 6, 2016 3:05

“Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları”…

Milli Məclisin bir qrup deputatı dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.Parlamentin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, deputatlar “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər. Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq tərəfdaşlarının ərazilərində insan hüquqlarının və fundamental azadlıqlarının icrasına təsirini araşdırmaqdır.Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət təşkilatlarının ekspertləri iştirak edəcəklər.Milli Məclisin deputatları toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.xeber100.com

Dekabr 6, 2016 3:03

“Vətənpərvərlik, yaradıcılıq” mövzusunda forum işə başlayıb

Dekabrın 6-da Moskvadakı “Crocus City Hall” konqres zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) VII illik forumu işə başlayıb.“RAGB nəsli: vətənpərvərlik, yaradıcılıq, uğur” mövzusunda keçirilən forumda 500-dən çox nümayəndə, fəxri qonaqlar, Azərbaycanın və Rusiyanın rəsmi şəxsləri iştirak edirlər. RAGB-nin 62 regional bölməsinin fəalları, Azərbaycan diasporunun və Rusiyanın gənclər təşkilatlarının təmsilçiləri də foruma qatılıblar.xeber100.com

Dekabr 6, 2016 3:00

Milli Məclisin nümayəndə heyəti Səmərqənddə olub

Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisinin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputat Elman Nəsirov və v. Səmərqənd şəhərində olublar.Nümayəndə heyəti şəhərdəki seçki məntəqələrində olub. Məlumat verilib ki, məntəqələr prezident seçkilərinə tam hazırdır.xeber100.com

Dekabr 4, 2016 6:47

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 60 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Koxanəbi və Muncuqlu kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Şuraabad, Mərzili, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Veysəlli, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 3, 2016 6:55

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 56 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Dovex kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kəmərli kəndində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Şirvanlı, Çıraqlı, Cəvahirli, Yusifcanlı, Füzuli rayonunun Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Dekabr 2, 2016 2:49

Postsovet məkanında münaqişələrin diplomatik yolla həlli…

Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici siyasət konsepsiyasının təsdiq edilməsi haqqında fərman imzalayıb.Konsepsiyaya Rusiyanın postsovet məkanında münaqişələrin siyasi-diplomatik yolla həllinə tərəfdar olması barədə bənd daxil edilib.Rusiyanın hüquqi informasiya portalında yerləşdirilən sənəddə bildirilir ki, rəsmi Moskva Dağlıq Qarabağ probleminin mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində, ATƏT-in Minsk qrupunun sədri olan digər ölkələrlə qarşılıqlı fəaliyyət, habelə Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdəki birgə bəyanatlarında nəzərdə tutulmuş prinsiplər əsasında həllinə səy göstərir.xeber100.com

Dekabr 2, 2016 2:46
    Page 226 of 270« First«...102030...224225226227228...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az