13 Mart 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Siyasət

Tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Serbiya Respublikası Müdafiə Nazirliyi arasında cari il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 20-də Bakıda tibb xidməti üzrə ekspertlərin görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, tədbirdə nazirliyin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev, Serbiya Müdafiə Nazirliyi Hərbi Tibb Akademiyasının nümayəndələri, polkovnik Draqan Dinçin və polkovnik Neboyşa Yoviç iştirak ediblər. İki gün davam edəcək tədbirdə hərbi tibb mütəxəssisləri təcrübə və fikir mübadiləsi ilə bölüşəcəklər. Səfər zamanı qonaqlar Silahlı Qüvvələrin Baş Klinik Hospitalındakı şəraitlə tanış olacaq və Hərbi Tibb Fakültəsindəki tədris prosesini izləyəcəklər.xeber100.com

Oktyabr 20, 2016 3:32

Müdafiə Nazirliyinin məlumatına əsasən…

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 20-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən şəxsi nümayəndənin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi, polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçiriblər. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan ərazisində monitorinqin keçirilməsini ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Piter Şvedberq və YSPQ-in nümayəndəsi, mayor Kristian Xirş təmin ediblər.xeber100.com

Oktyabr 20, 2016 3:24

NATO-Azərbaycan birgə fəaliyyət planı…

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq, NATO-nun Beynəlxalq Dil Koordinasiyası Mərkəzinin (BİLC) ekspertlər qrupu Bakıya səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, səfər çərçivəsində hərbi tədris müəssisələrində xarici dillər üzrə ixtisaslaşan mütəxəssislərə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat veriləcək. Həmçinin qarşılıqlı fikir mübadiləsi aparılacaq, gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək.xeber100.com

Oktyabr 19, 2016 5:44

“Folklor və dövlətçilik” mövzusunda konfrans keçırilib

Oktyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda “Folklor və dövlətçilik” mövzusunda ikinci elmi konfrans keçırilib. Tədbir ölkə başçısının “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Sərəncamının icrası ilə əlaqədar təşkil olunub. Azərtac xəbər verir ki, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib ki, konfransın təşkilinin əsas məqsədi Azərbaycan dövlətçilik ənənələrinin uzaq və yaxın tarixinə, onun folklorda gerçəkləşən mənəvi məsələlərinin təhlilinə diqqəti artırmaqdır. Tədbirdə zərbaycan folklorşünaslığının inkişaf xüsusiyyətləri və elmi problemləri müzakirə edilib.xeber100.com

Oktyabr 18, 2016 12:20

Müdafiə Nazirliyinin məlumatına əsasən…

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 4 dəfə pozub. Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, işğal altında olan Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında, həmçinin Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 18, 2016 12:16

“Müstəqillik uğrunda mübarizə” adlı fotosərgi açılıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 25 illik yubileyi münasibətilə Kubanın paytaxtı Havananın İnqilab Muzeyində “Müstəqillik uğrunda mübarizə” adlı fotosərgi açılıb. Tədbirdə Kuba hökumətinin, o cümlədən Xarici İşlər Nazirliyinin yüksək rəsmiləri, bu ölkədə akkreditə edilən diplomatik korpusun təmsilçiləri, Azərbaycanda təhsil almış Kuba vətəndaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Fotosərginin açılışında Kubanın və Azərbaycanın dövlət himnləri səsləndirilib. Tədbirdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin klassik musiqi əsərləri səsləndirilib, Azərbaycanın inkişafından və turizm imkanlarından bəhs edən videoçarxlar nümayiş olunub. Fotosərgidə nümayiş olunan 100-dən çox şəkildə Azərbaycanın müstəqillik tarixinin müxtəlif dövrləri əks olunub.xeber100.com

Oktyabr 17, 2016 2:12

Müdafiə Nazirliyinin məlumatına əsasən…

İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin hərbi “Dəmavənd” və “Cövşən” gəmilərinin oktyabrın 18-də Bakıya səfəri planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, birinci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulur.xeber100.com  

Oktyabr 17, 2016 2:05

Atəşkəs rejimi ümumilikdə 11 dəfə pozulub

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 11 dəfə pozub. Müdafiə Nazirliyindən Azərtac-a bildirilib ki, Ermənistan Respublikasının Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu Koxanəbi kəndində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında, Tərtər və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.xeber100.com

Oktyabr 16, 2016 7:35

Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin liderləri bu günlərdə Yerevanda keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı güzəşt əsasında həlli yollarının axtarılması məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Prezidenti Vladimir Putin BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasını birləşdirən təşkilat) təşkilatının Qoada keçirilən sammitində bildirib. Rusiya Prezidenti deyib: “KTMT xarici təhdidlərin qarşısını almaq üçün yaradılıb. Biz ətrafımızda baş verən hadisələrə münasibət bildirməli, eyni zamanda, keçmişdən bizə miras qalan probemləri dinc yolla, qarşılıqlı güzəşt əsasında həll etməyə çalışmalıyıq. Münaqişələrin tərəfləri razı salan qarşılıqlı güzəşt əsasında həll olunmasına səy göstərməliyik. Qarabağ məsələsini də bu konteksdə müzakirə etmişik”.xeber100.com

Oktyabr 16, 2016 7:25

Müdafiə Nazirliyinin məlumatı…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 8 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, işğal altında olan Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.xeber100.com

Oktyabr 15, 2016 7:31
    Page 234 of 270« First«...102030...232233234235236...240250260...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az